Mikayıl Cabbarov neftçiləri peşə bayramı münasibəti ilə təbrik etdi
İqtisadiyyat
11:10 / 20.09.2024
4057
İqtisadiyyat naziri, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının sədri Mikayıl Cabbarov neftçiləri peşə bayramı münasibəti ilə təbrik edib.
Sfera.az xəbər verir ki, bu barədə nazir özünün "X" hesabında paylaşım edib.
M. Cabbarov neftçilərə bu əhəmiyyətli töhfələr üçün təşəkkür edib, möhkəm cansağlığı və uğurlar arzulayıb.
"Əziz neftçilər, peşə bayramınızı təbrik edirik. Azərbaycan iqtisadiyyatının inkişafında mühüm rolu olan neft strategiyasının həyata keçirilməsində hər birinizin fədakar əməyi və zəhməti əvəzedilməzdir", - deyə nazir qeyd edib.