Dünya bazarlarında neft cüzi UCUZLAŞDI
İqtisadiyyat
10:42 / 20.09.2024
2575
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin noyabr müqaviləsinin dəyəri 0,33% azalaraq 1 barelə görə 74,63 ABŞ dolları təşkil edib.
Sfera.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin noyabr ayında ixrac etməklə WTI (“West Texas Intermediate”) markalı neftin 1 barelinin qiyməti isə 0,21% azalaraq 1 barelə görə 71,80 ABŞ dolları olub.