Gənclər arasında ölüm sayı artıb - RƏSMİ

Gənclər arasında ölüm sayı artıb - RƏSMİ

Azərbaycanda 2023-cü ildə 1 602 gənc dünyasını dəyişib.

 

Sfera.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, 2022-ci ilə nisbətən ötən il dünyasını dəyişən gənclərin sayı 70 nəfər artıb.

 

Dünyasını dəyişən gənclərin 1 217 nəfəri kişi, 385 nəfəri qadındır. Statistikaya əsasən, bir il ərzində ölən gənc kişilərin sayı 157 nəfər artıb, gənc qadınların sayı isə 87 nəfər azalıb.

 

Ümumilikdə Azərbaycanda bir ildə dünyasını dəyişən insanların 2,2 faizi, kişilərin 3 faizi, qadınların isə 1,3 faizi gəncdir.

 

Vasif


OXŞAR XƏBƏRLƏR