"Biz BRİKS-ə qoşulanda hər şeyin necə inkişaf etdiyini görəcəyik" - Hakan Fidan

"Biz BRİKS-ə qoşulanda hər şeyin necə inkişaf etdiyini görəcəyik" - Hakan Fidan

Türkiyə BRİKS-ə üzv olmaq istəyir.

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan təsdiqləyib.

 

O bildirib ki, respublika qruplaşmada institusional inkişafla bağlı kifayət qədər məlumata malik deyil. 

 

"Qlobal miqyasda davam edən diversifikasiya fonunda biz, şübhəsiz ki, ticarət və iqtisadi əməkdaşlıqla bağlı müxtəlif variantları nəzərdən keçiririk. BRİKS indi bir platformadır, lakin o, kifayət qədər institusionallaşdırılmayıb. Biz BRİKS-ə qoşulanda hər şeyin necə inkişaf etdiyini görəcəyik”, - H.Fidan qeyd edib.

 

Fidan hesab edir ki, Türkiyənin Avropa İttifaqı ilə iqtisadi əməkdaşlığı birliyə tamhüquqlu üzvlüklə nəticələnsə idi, Ankara alternativlər axtarmazdı:

 

“Ankara ticarət-iqtisadi əməkdaşlığı genişləndirmək üçün həmişə yeni imkanlar axtarır. Biz təkcə BRİKS-i deyil, həm də əməkdaşlıq etmək istədiyimiz Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasını  (ASEAN) da gözləyirik. Türkiyə həm də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının və İslam birliklərinin, o cümlədən İnkişaf etməkdə olan Səkkizlik (D-8) İqtisadi Əməkdaşlıq Təşkilatının mərkəzindədir. Bu assosiasiyalara onların miqyası və bazar potensialı baxımından baxsaq, daha geniş inteqrasiyaya ehtiyac yarandıqda onlarla əməkdaşlıq etmək daha asan olacaq”.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Zelenski Trampı TƏBRİK ETDİ: "Şəxsən görüşmək..."

Ukrayna Prezidenti Volodimir Zelenski Respublikaçılar Partiyasının namizədi Donald Trampın ABŞ prezident seçkilərində qalib gəlməsi ilə bağlı yayılan xəbərlərə ...

Üç dost ad günü məclisindən sonra FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ - TƏFƏRRÜAT

Ötən gecə saat 01 radələrində Xaçmaz rayonu ərazisində - Gəndob-Yalama yolunun 22-ci km-də baş vermiş dəhşətli qəzanın təfərrüatı məlum olub.   ...

“Neftçi” baş məşqçisi ilə yollarını ayırdı

“Neftçi” basketbol klubu baş məşqçisi Anar Sarıyevlə yollarını ayırıb.   Sfera.az xəbər verir ki, mütəxəssis Azərbaycanın U-18 basketbol ...

Azərbaycan cüdoçusu 2 illik diskvalifikasiya olundu

Azərbaycan cüdoçusu Sadiq Hacıyev 2 illik diskvalifikasiya olunub.   Sfera.az xəbər verir ki, bu barədə AMADA məlumat yayıb.   Cəzaya idma...

Tramp seçildi, Rusiya-Ukrayna müharibəsini dayandırmaq üçün nələr edəcək? - ŞƏRH

ABŞ prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Tramp tələb olunan 270 seçici səsi həddini keçərək 277 səs toplayıb. Artıq Tramp siyasi ...

Bu ərazilərdə işıq olmayacaq - XƏBƏRDARLIQ

Bu gün Bakının Qaradağ rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə "...