İsrail HƏMAS-la atəşkəsə dair yeni təkliflər planı təqdim etdi
İsrail HƏMAS-la atəşkəsə dair ABŞ rəhbərliyinə yeni təkliflər planı təqdim edib.
Sfera.az xəbər verir ki, “Kan” şirkətinin saytı sentyabrın 19-da həmin şərtləri ixtisarla yayıb.
Məlumata görə, planın əsas maddələri bunlardır:
- sağ qalan girovlar və ölənlərin meyitləri qaytarılsın (bu bənd yüzdən çox sağ və meyitə aiddir);
- HƏMAS Siyasi bürosunun baş katibi Yəhya Sinvarın və onunla birlikdə olanların Qəzza zolağından təhlükəsiz çıxmasına təminat;
- Fələstinli məhbusların sərbəst buraxılması (sərbəst buraxılacaq məhbusların sayı və kimliyi barədə məlumat yayılmayıb);
- Qəzza zolağının demilitarizasiyası və regiona yeni nəzarət mexanizminin qurulması;
- Müharibənin başa çatması.
HƏMAS hələ ki, bu informasiyanı şərh etməyib. Bir müddət əvvəl İsrailin irəli sürdüyü istənilən təkliflər HƏMAS tərəfindən etirazla qarşılanıb.