Liviyaya məxsus sərnişin təyyarəsi qaçırıldı
Hadisə
15:48 / 23.12.2016
1565
Liviyaya məxsus sərnişin təyyarəsi qaçırılaraq Maltada eniş edib.
AzVision.az "RİA Novosti" xəbər verir ki, bu barədə Malta baş naziri açıqlama verib.
Məlumata əsasən Liviyaya məxsus sərnişin təyyarəsi iki silahlı tərəfindən qaçırılıb. Təyyarədə 118 nəfərin olduğu bildirilir.
Hələlik silahlıların tələbinin nə olduğu məlum deyil. Onlar təyyarəni partlatmaqla hədələyirlər.
Maltanın təhlükəsizlik qüvvələri hadisə ilə bağlı hazır vəziyyətə gətirilib.