Qalib kim olacaq? - ABŞ-də prezident seçkiləri ilə bağlı yeni SORĞU
ABŞ-də prezident seçkiləri ilə bağlı yeni anket sorğusunun nəticələri açıqlanıb.
Sfera.az bildirir ki, Associated Press (AP) agentliyi “NORC” İctimai Əlaqələr Mərkəzi ilə 12-16 sentyabr tarixlərində sorğu keçirib. Noyabrda keçiriləcək prezident seçkilərində namizədlərlə bağlı 1771 nəfərə sual verilib.
Anket nəticələrində seçkilərdə Demokratların namizədi Kamala Harrisə dəstəyin artdığını göstərilib. Qeyd olunub ki, iştirakçıların təxminən yarısı Harrisin namizədliyinə müsbət yanaşıb, 44 faizin isə mənfi düşündüyü ortaya çıxıb.
Ümumiyyətlə, seçicilərin əksəriyyətinin Harrisin "yaxşı prezident" olacağını düşündüyü, Respublikaçıların prezidentliyə namizədi Donald Tramp üçün isə bu nisbətin yüzdə 36 faiz olduğu bildirilib.Bundan əlavə, sorğuya əsasən, 10 nəfərdən 6-sı Trampın namizədliyinə mənfi yanaşır.
Günay