Bakıda tikiləcək yeni metro stansiyalarının yeri məlum oldu

Bakıda tikiləcək yeni metro stansiyalarının yeri məlum oldu
 
Bakı şəhərinin Nobel prospekti boyunca yeni üç metro stansiyasının inşası nəzərdə tutulub. Onlardan biri "Ağ Şəhər", digəri neftayırma zavodunun qarşısı, üçüncüsü isə Nargilə dairəsi adlanan hissədə olacaq. Sonda bu xətt "Həzi Aslanov" stansiyasına ("Həzi Aslanov-2") birləşdiriləcək.

Bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.

"Bakı metrosunun dairəvi olması nəzərdə tutulan "Yaşıl xətt"in davamı olaraq gələcəkdə "Xətai" metro stansiyasından "Həzi Aslanov" metro stansiyasına qədər yeni xətt çəkiləcək. Nobel prospekti boyunca yeni üç xəttin çəkilməsi nəzərdə tutulub. Onlardan biri "Ağ Şəhər", digəri neftayırma zavodunun qarşısı, üçüncüsü isə Nargilə dairəsi adlanan hissədə olacaq. Şərti adı "E-15" qeyd edilən ikinci stansiyada artıq hazırlıq işlərinə başlanılıb. Orada tunelqazma işlərinin həyata keçirilməsi üçün start kameranın tikintisi başa çatır, tunelqazma maşının quraşdırılması yekunlaşmaq üzrədir. İşlər qaydasında gedərsə, "E15" stansiyasının qarşısından "Xətai" metro stansiyasına doğru tunellərin qazılmasına başlayacağıq. Daha sonra, "E 15"-dən tikilməkdə olan "Həzi Aslanov-2" stansiyasına doğru tunellərin qazıntısına başlanacaq. Gələcəkdə "Xətai"dən "Həzi Aslanov"a doğru 3 metro stansiyası olacaq".

"Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemində "Yaşıl xətt"in dairəvi olması nəzərdə tutulub. "Həzi Aslanov-2" stansiyası Günəşli, Qaraçuxur qəsəbələri, eyni zamanda dairəvi şəkildə "Koroğlu" və "Dərnəgül" metro stansiyalarına birləşdiriləcək. Bu, gələcək planlardır. Hazırda, ilkin mərhələdə əsas "Xətai" metro sstansiyasında sağlamlaşdırma işləri icra edib, tunel və stansiyaların tikintisinə başlamaqdır", - deyə N.Paşayev əlavə edib.
 

OXŞAR XƏBƏRLƏR

İlon Mask bu ölkəni "saxta" adlandırdı

İş adamı İlon Mask Kanadanı saxta ölkə adlandırıb.   Sfera.az xəbər verir ki, bu barədə o,"X" hesabında yazıb:   "Kanada re...

Kapital Bank-ın baş ofisi artıq yeni ünvanda

25 fevral 2025-ci il tarixindən etibarən ölkənin birinci bankı Kapital Bank rəsmi olaraq fəaliyyətini müasir texnologiyalar və qabaqcıl infrastrukturla təchiz e...

"Prezident Xocalıda Azərbaycan bayrağını qaldırmaqla bütün şəhidlərimizin ruhunu şad etdi" - Göydəniz Qəhrəmanov

“Azərbaycan tarixinin ən dəhşətli və qanlı səhifələrindən biri olan Xocalı soyqırımına ilk dəfə siyasi qiymət verən Ulu Öndər Heydər Əliyev eyni zamanda d...

Bu tarixdə QAR YAĞACAQ - XƏBƏRDARLIQ

Fevralın 26-sı səhər dağlıq ərazilərdən başlayaraq 27-si gündüzədək ölkənin əksər rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağac...

Xocalı soyqırımına həsr olunmuş tədbir keçirildi - FOTOLAR

YAP Yasamal rayon təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 33-cü il dönümünə həsr olunmuş “Xocalı soy...

Bakıda lükə düşən gənc qızın vəziyyəti açıqlandı - VİDEO

  İki gün əvvəl Bakının Nərimanov rayonu, Əliyar Əliyev küçəsində kanalizasiya quyusuna düşən gənc qızın vəziyyəti açıqlanıb.   Sfera.az ...