ABŞ Rusiya ilə müharibə riskini açıqladı


ABŞ Rusiya ilə müharibə riskini açıqladı

Ukrayna münaqişəsi tezliklə həll olunmasa, ABŞ Rusiya ilə müharibəyə cəlb olunmaq riski ilə üzləşir.
 

Sfera.az xəbər verir ki, bunu keçmiş Mərkəzi Kəşfiyyat İdarəsinin analitiki Corc Bib britaniyalı politoloq Anatol Lievenlə birlikdə "Responsible Statecraft" nəşri üçün yazdığı məqalədə bildirib.
 

“Biz qəbul etməliyik ki, Ukrayna getdikcə daha çox ərazi itirəcək, eyni zamanda onun iqtisadiyyatı və infrastrukturu yaxın gələcəkdə məhv olacaq. Alternativ ABŞ və Rusiya arasında birbaşa müharibəyə doğru eskalasiya olardı”, - analitik yazıb.
 

Materialın müəllifləri vurğulayıblar ki, ABŞ-nin keçmiş prezidenti Donald Tramp prezident seçkilərində hipotetik qələbə qazanacağı təqdirdə Demokratlar Partiyası onun Ukraynadakı münaqişənin həllinə mane olmaq üçün hər şeyi edəcək. Eyni zamanda Beebe və Lieven əlavə edib ki, Kamala Harris seçilərsə, respublikaçılar da oxşar şəkildə hərəkət edəcəklər.

İnci

Sfera.az


OXŞAR XƏBƏRLƏR