Prezident son illər ad günlərini belə qeyd edib
Cəmiyyət
13:01 / 23.12.2016
658
Azərbaycan prezidenti İlham Əliyev sabah 55 ilik yubileyini qeyd edəcək. İlham Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub.
Sfera.az modern.az saytına istinadən prezident İlham Əliyevin son illər ad gününü harada və necə keçirdiyi barədə məlumatları təqdim edir.
24 dekabr 2011-ci ildə prezident İlham Əliyev 50 illik yubileyi günündə ailəsi ilə birlikdə cəbhə xəttində olub. Ölkə başçısı oradakı çıxışında bildirib ki, ad günlərini xüsusi olaraq qeyd etməyin tərəfdarı deyil. O, Qarabağ bölgəsinə səfəri zamanı məcburi köçkünlərlə də görüşüb. Onların problemlərini dinləyib. Prezident həmçinin məcburi köçkünlərlə görüşdə qeyd edib ki, ad günlərini Şuşada qeyd etməyi arzulayıb.
2012-ci il dekabrın 24-də prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Sumqayıtda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş 12 mərtəbəli 96 mənzilli yaşayış binasının açılış mərasimində iştirak edib. Dövlət başçısı həmin gün yeni mənzillərlə yanaşı, Naxçıvan avtomobil zavodunun istehsalı olan 211 "Naz Lifan” markalı avtomobili də müharibə əlillərinə təqdim edib.
2013-cü il dekabrın 24-də prezident İlham Əliyev Bakının Yeni Ramana qəsəbəsində Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin yenidənqurmadan sonrakı açılışında iştirak edib. İlham Əliyev və xanımı Mehriban Əliyeva mərkəzlə tanışlıqdan sonra sağlamlıq imkanları məhdud gənclərlə görüşüb, onların qayğıları ilə maraqlanıblar.
2014-cü ilin dekabrın 24-də prezident İlham Əliyevin 53 yaşı tamam olub. Həmin gün prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva "Bakı Ağ Şəhər”in inşası başa çatan ofis binası və "Bakı Ağ Şəhər” layihəsi çərçivəsində görülən digər işlərlə tanış olublar. Elə həmin gün prezident ad gününü ailə üzvləri ilə birgə qeyd edib.
2015-ci il dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə paytaxtın Nərimanov rayonunda gözdən əlillər üçün inşa olunan yaşayış binası istifadəyə verilib. Dövlət başçısı həmçinin yeni binanın sakinləri ilə də görüşüb.