Yeni tədris ilinin başlanması ilə əlaqədar tədbir keçirildi - FOTOLAR

Yeni tədris ilinin başlanması ilə əlaqədar tədbir keçirildi - FOTOLAR

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi ilə 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən küçə və yollarda nəqliyyat vasitələrinin hərəkət intensivliyinin yüksək olduğunu nəzərə alaraq uşaqların təhlükəsizliyinin təmin edilməsi, onlara yol hərəkəti qaydalarının öyrədilməsi məqsədilə aparılacaq işlərə start verilib.

 

Daxili İşlər Nazirliyindən Sfera.az-a verilən məlumata görə, işlər Uşaqlar və Yol Təhlükəsizliyi üzrə 2024-2025-ci tədris ili üçün uyğunlaşdırılmış birgə Fəaliyyət Planı və "Diqqət, uşaqlar" adı altında keçirilən hərəkətin təhlükəsizliyi aylığı proqramına uyğun olaraq həyata keçirilir.

 

Belə ki, ötən gün “Diqqət, uşaqlar!” aylığı çərçivəsində BŞDYPİ əməkdaşları 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin pedoqoji heyəti ilə görüş keçirib. Görüşdə aylıq çərçivəsində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

 

Tədbirdə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis kapitanı Pərvanə Muradova, 1 nömrəli Uşaq-Gənclər İnkişaf  Mərkəzinin direktoru Kəmalə Abdullayeva, Azərbaycan Milli Avtomobil Klubunun əməkdaşı Həsən Xıdirov, Mərkəzin əməkdaşları və valideynlər iştirak edib. 

 

Görüş zamanı “Diqqət, uşaqlar!” aylığı çərçivəsində yol hərəkəti qaydalarının təbliğ olunması məqsədilə Bakı Şəhər DYP İdarəsi və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən hazırlanmış “Valideynlərə və uşaqlara xəbərdarlıq”, “Yol hərəkəti qaydalarına riayət et!” adlı plakatların, bukletlərin ümumtəhsil məktəblərinə çatdırılması, müvafiq lövhələrə vurulması, məktəb ərazilərində maarifləndirici söhbətlərin  və tədbirlərin keçirilməsi müzakirə edilib.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...