Heydər Əliyev Fondu və “Zamin” Beynəlxalq İctimai Fondu arasında memorandum imzalandı - FOTO

Heydər Əliyev Fondu və “Zamin” Beynəlxalq İctimai Fondu arasında memorandum imzalandı - FOTO

Heydər Əliyev Fondu və “Zamin” Beynəlxalq İctimai Fondunun nümayəndə heyəti arasında görüş keçirilib.

 

Sfera.az xəbər verir ki, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və “Zamin” Beynəlxalq İctimai Fondunun icraçı orqanının rəhbəri Tamilla Əliyeva birgə əməkdaşlıq və həyata keçiriləcək layihələr barədə müzakirə aparıblar.

 

Azərbaycan və Özbəkistan arasında qarşılıqlı münasibətlər, dövlət səviyyəsində yüksəksəviyyəli əlaqələrə hər iki ölkənin qeyri-hökumət təşkilatı kimi Heydər Əliyev Fondu və “Zamin” Fondunun verəcəyi töhfə diqqət mərkəzində olub.


Qeyd edək ki, “Zamin” Fondu Özbəkistanın dayanıqlı inkişafı və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə dəstək göstərilməsi, ətraf mühit və sosial sahədə layihələr həyata keçirir. Görüşdə təhsil, səhiyyə və mədəniyyət sahəsində gələcək birgə fəaliyyət nəzərdən keçirilib, eləcə də iki ölkə gənclərinin təcrübə mübadilələri, qarşılıqlı səfərləri müzakirə olunub.

 

Azərbaycanın bu ilin noyabr ayında ev sahibliyi edəcəyi COP29 çərçivəsində “Zamin” Fondu ilə əməkdaşlıq da diqqət mərkəzində olub.

 


OXŞAR XƏBƏRLƏR

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...