İnfeksionist: "Hazırda Azərbaycanda qripə kütləvi yoluxma halı müşahidə olunmur"
15:43 / 18.09.2024
3018
Hazırda Azərbaycanda qrip virusu ilə əlaqəli kütləvi yoluxma halı müşahidə olunmur.
Sfera.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov qrip və mövsümi viruslarla bağlı danışarkən deyib.
O bildirib ki, bu səbəbdən statistika üçün böyük rəqəmlər yoxdur: “Ümumilikdə, ölkədə epidemioloji vəziyyət nəzarət altındadır”.
İnfeksionist vurğulayıb ki, Azərbaycana gətirilən qrip əleyhinə peyvəndlər effektli və təhlükəsizdir.