“Connect TV” ilə müştəri arasında qarşıdurma

“Connect TV” ilə müştəri arasında qarşıdurma

Xırdalan şəhəri, Quşçuluq massivi, ev 34-də yaşayan Leyli Abbasova "Connect TV” şirkətinin müştərilərini aldatması ilə bağlı "Qafqazinfo”ya müraciət edib.
L. Abbasova qeyd edib ki, 2014- cu ildən "Connect tv”-yə qoşulub: "Hələ 2014- ci ildə şirkət Xırdalanda aparatları quraşdırarkən köhnə, işlənilmiş tünerlərdən istifadə etmişdi. Bununla bağlı narazılığımızı dəfələrlə bildirsək də, məsələ həllini tapmamışdı. İndi isə yeni rəqəmsal yayıma keçidlə bağlı saytlarında elan veriblər ki, 45 manata yeni tünerlər almaq lazımdır. Mən tüner almamışdan qabaq şirkətin rəsmi ofisi ilə əlaqə saxlayaraq soruşdum ki, aparatı Xırdalandakı dillerdən ala bilərəmmi? Mənə dedilər ki, heç bir problem yoxdur, oradan alın və quraşdırın, kanallar göstərəcək. Bununla bağlı səsli müraciətimin yazısı da şirkətdən təsdiqlənib. Lakin indi yeni tüner quraşdırandan sonra 20-yə yaxın kanal göstərmir. Şirkətdən isə bildirirlər ki, 10 manat ödəniş etmək lazımdır ki, usta göndərilsin və problemi həll etsin. Və onu da deyirlər ki, niyə Xırdalandakı dillerdən tüner alınıb? Halbuki özləri burada heç bir problemin olmadığını qeyd etmişdilər.
Qeyd edim ki, bu "Connect tv” ilə bağlı birinci hal deyil. Bir neçə dəfə problem yaşanıb, hər dəfə də usta çağırmağa görə 10 manat pul tələb edirlər. Şirkət isə müştəriləri üçün texniki problemlərin həllini müqaviləyə əsasən ödənişsiz həyata keçirməlidir”.
"Qafqazinfo” problemlə bağlı "Connect” şirkəti ilə əlaqə saxlayıb. Şirkətin operatoru Orxan Məmmədov bildirib ki, Xırdalandakı diler avadanlığı sata bilər, ancaq o quraşdırılmanı həyata keçirə bilməz: "Bunun üçün mərkəzi ofislə əlaqə saxlamaq lazımdır. Problem şirkətin texniki məsələlərinə görə baş veribsə, usta haqqı pulsuzdur. Digər hallarda isə usta servisi ödənişlidir”.



OXŞAR XƏBƏRLƏR

Şirkətdən qəribə addım - Evlənməyən işdən çıxarılacaq!

Çinin ən böyük şirkətlərindən biri subay və ya boşanmış işçilərindən 2025-ci ilin sentyabr ayının sonuna qədər evlənmələrini tələb edib, əks halda işdən çıxarıl...

ABŞ-nin Ukrayna ehtiyacı: 500 milyard dolların gizli hədəfi

"ABŞ Prezidentinin ölkəsi tərəfindən Ukraynaya xərclənən 500 milyard dolların müqabilində nadir torpaq metallarına sahib olmaq istəyi birmənalı qarşılanmas...

Türkan: "Ərə getsəm, çölə çıxmayacam" – VİDEO

  "Ərə getsəm, çölə çıxmayacam". Sfera.az  xəbər verir ki, bu sözləri müğənni Türkan Vəlizadə deyib. "Rəngarəng&quo...

Daha bir ölkə Ukraynadan pullarını geri istəyir

Ukrayna göstərilən yardım üçün Slovakiyaya 3,5 milyard avro qaytarmalı olacaq.   Sfera.az xəbər verir ki, bunu Slovakiyanın Milli Şurasının vitse-spi...

Azərbaycan-Pakistan əlaqələrində yeni mərhələ

Azərbaycan-Pakistan əlaqələri həmişə dostluq və qardaşlıq şəraitində inkişaf etməkdədir. Bu münasibətlər müstəqilliyimiz dövründə daha da möhkəmlənib. Pakistan ...

"Azərbaycan ötən illər ərzində bütün bəyanatlarına sadiqliyini qoruyub"- Ülvi Quliyev

Müstəqillik dövründə Azərbaycana yaxınlığı ilə seçilən, bütün beynəlxalq platformalarda ölkəmizin haqq işinə tərəddüdsüz dəstək verən qardaş və dost dövlətlər a...