Azərbaycanda ardıcıl 6 gün iş olmayacaq - QƏRAR

Azərbaycanda ardıcıl 6 gün iş olmayacaq - QƏRAR

Xəbər verdiyimiz kimi, Baş nazir Əli Əsədovun imzaladığı Qərarla noyabrda iş və istirahət günlərinin yeri dəyişdirilib. 12 və 13 noyabr iş günləri ilə müvafiq olaraq 16 və 23 noyabr istirahət günlərinin yerləri dəyişdirilib.

 

Sfera.az-ın məlumatına görə, yeni qərarla noyabrda qeyri-iş günlərinin sayı artıb. Belə ki, 8 Noyabr - Zəfər Günü, 9 Noyabr - Dövlət Bayrağı Günüdür.

 

Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.  9 noyabr şənbə gününə təsadüf etdiyi üçün həftənin bazar ertəsi - 11 noyabr da qeyri-iş günü olacaq.

 

Beləliklə, iş və istirahət günlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar noyabrda 6 gün ardıcıl - 8, 9, 10, 11, 12, 13 qeyri-iş günləri olacaq.


OXŞAR XƏBƏRLƏR