Trampın oğlu ABŞ-ni Rusiya Federasiyası ilə danışıqlara başlamağa çağırıb
ABŞ prezidentliyinə namizəd Donald Trampın oğlu və siyasətçi Robert Kennedinin oğlu hesab edirlər ki, ABŞ siyasi kursunu dəyişməli və dərhal Ukrayna ilə bağlı Rusiya ilə birbaşa danışıqlara başlamalıdır.
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, onların fikrincə, Birləşmiş Ştatlar liderlərinin “müharibədən diplomatik çıxış yolu tapmağa diqqət etməli olduqları” bir vaxtda Bayden administrasiyası “Rusiya Federasiyasına görə, müharibə aktı kimi qəbul edəcək” siyasət yürüdür .
“Biz indi Harrisdən və prezident Baydendən çılğın hərbi proqramlarını dəyişdirmələrini və Moskva ilə birbaşa danışıqlara başlamalarını tələb etməliyik”,- onlar bildiriblər.
Siyasətçilərin oğullarının fikrincə, bəzi amerikalı analitiklər Rusiya prezidenti Vladimir Putinin boş hədə gəldiyini düşünür.
“Bu analitiklər təmkini boş hədə ilə səhv salırlar, mahiyyət etibarı ilə onlar zirvə strategiyasının tərəfdarıdırlar”,- deyə materialın müəllifləri ümumiləşdiriblər.
İnci
Sfera.az