“Meta” Rusiyanın bu kanallarının hesablarını BAĞLADI - SƏBƏB

“Meta” Rusiyanın bu kanallarının hesablarını BAĞLADI - SƏBƏB

 “Facebook”, “Instagram” və “WhatsApp”ın sahibi olan ABŞ-nin “Meta” şirkəti Rusiya dövlətinin maraqlarını müdafiə edən televiziya kanalarının və saytların sosial media şəbəkələrindəki hesablarını bağlayıb. Hesabı bağlanan kanallar arasında RT və “Rossiya Seqodnya” dövlət kanalları da var.

 

Sfera.az xəbər verir ki, Kreml bu davranışı “”Meta” bununla özünü gözdən saldı” şəklində şərh edib.

 

“Facebook” və “Instagram”ın sahibi olan “Meta” isə bildirib ki, sözügedən media qurumları Rusiyanın işğalçı siyasətini müdafiə etdiyi üçün bu qərar qəbul edilib.

 

Vasif

 

 


OXŞAR XƏBƏRLƏR