“Robinson”un qəzaya uğradığı yer aşkarlandı - Pilot və sərnişinlər...

“Robinson”un qəzaya uğradığı yer aşkarlandı - Pilot və sərnişinlər...

Amur Mülki Mühafizə və Yanğın Təhlükəsizliyi Mərkəzinin xilasediciləri Robinson helikopterinin qəzaya düşdüyü yeri tapıblar.

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, iki xilasedici helikopter meydançasını hazırlamaq və hadisə yerinə baxış keçirmək üçün yerə enib. Təyyarənin qəzaya uğraması nəticəsində göyərtəsində olan 3 nəfər həlak olub.

 

Rusiya İstintaq Komitəsinin Nəqliyyat üzrə Şərq Regionlararası İstintaq İdarəsi helikopterin yoxa çıxması ilə bağlı cinayət işi açıb. Şərqi Sibir Nəqliyyat Prokurorluğu hadisəni daha ətraflı araşdırmaq üçün uçuş təhlükəsizliyi yoxlaması təşkil edib.

 

Qeyd edək ki, sentyabrın 16-da axşam saatlarında “Robinson R66” helikopteri Zeyski rayonundakı fövqəladə radio mayakdan xəbərdarlıq alıb. Helokpterdə pilot və iki sərnişin olub. İtmiş helikopterin axtarışına 20-yə yaxın canlı qüvvə və 7 texnika cəlb olunub. Təyyarə “Hergu” qızıl mədən şirkətinə məxsusdur. Ekipaj müəssisənin ərazisi üzərində uçuş həyata keçirib.


Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Rusiya-Ukrayna müharibəsində dönüş olacaq?: "Zaman bu ölkənin xeyrinə işləyir"

Ukrayna və Rusiya prezidentlərinin danışıqlara başlanılması ilə bağlı verdiyi açıqlamalar münaqişənin həllində dönüş olacağına dair ümidlər yaradıb. Bəzi mülahi...

Hindistanda 32 hava limanı yeni işlək hala gəldi

Hindistan hakimiyyəti Hindistan-Pakistan sərhədində artan gərginlik fonunda əvvəllər bağlanmış 32 hava limanının fəaliyyətini bərpa etmək qərarına gəlib. &nb...

Müğənni Nigar “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? - FOTO

Müğənni Nigar Rəhimova "Vətən Müharibəsi iştirakçısı" medalı ilə təltif edilib.   Sfera.az xəbər verir ki, bu barədə Nigar Rəhimova öz...

ABŞ və Çin 90 günlük razılığa gəldi

ABŞ və Çin 90 gün müddətinə ticarət rüsumlarını qarşılıqlı azaltmaq barədə razılığa gəliblər.   Sfera.az xəbər verir ki, ABŞ Maliyyə Naziri Scott Bes...

Gəncədə yaşayış binasında PARTLAYIŞ: Ölən və xəsarət alan var

Gəncədə yaşayış binasında partlayış olub.   Sfera.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.   Belə ki, sözügedən ərazi...

İyunda bu tarixlərdə iş olmayacaq - TƏQVİM

İyun ayının qeyri-iş günləri açıqlanıb.   Sfera.az xəbər verir ki, 6-7 iyun Qurban bayramı, 15 iyun Milli Qurtuluş Günü, 26 iyun isə Azərbaycan Respu...