Tramp yeni mətbuat katibinin adını açıqladı
Dünya
12:21 / 23.12.2016
962
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp köməkçisi və mətbuat katibi vəzifəsinə Respublika Milli Komitənin nümayəndəsi Şon Spayserin namizədliyini irəli sürüb.
AzVision.az-ın "RİA Novosti"-yə istinadən verdiyi məlumata görə, həmçinin Tramp strateji kommunikasiyalar üzrə prezidentvə direktor vəzifəsinə Houp Hiks, kommunikasiyalar üzrə direktor vəzifəsinə Ceyson Miller, sosial media üzrə direktor vəzifəsinə isə Den Skivinonun namizədliyini irəli sürüb.