Yeni evliliklərdə hamiləlik problemi niyə ARTIB? - Həkim səbəbləri AÇIQLADI

Yeni evliliklərdə hamiləlik problemi niyə ARTIB? - Həkim səbəbləri AÇIQLADI

Son zamanlar yeni ailə quran insanlar uşaq problemi ilə üz-üzə qalırlar. Əsasən də bu problem yeni nəslin nümayəndələrində daha çox müşahidə olunur. Bəzi cütlüklər övlad sahibi olmaq üçün illərlə müalicə olunmaq məcburiyyətində qalırlar.

 

Bəs bu problemin kökündə nə dayanır?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan həkim ginekoloq Arzu İsmayılova bildirib ki, cütlüklər evləndikdən sonra qorunmurlarsa, 1 il sonra uşaq olma ehtimalı 85 faizdir.

 

“1 ildən sonra uşaq olmursa, bu, sonsuzluq hesab olunur. Evliliyin yaşının artması da buna təsir göstərən amillərdən biridir. İnsanlar karyera qurduqdan və öz işlərini sahmana saldıqdan sonra evlilik qərarı verirlər. 35 yaşlı və daha böyük qadınlar üçün isə bu müddət 6 aydır. 6 ay müntəzəm cinsi əlaqəyə baxmayaraq hamiləlik olmursa, bu, sonsuzluq hesab olunur. Yaş artdıqca qadınların hamilə qalma şansı azalır. Qidalanmanı da buna misal göstərmək olar. Artıq qidaların əksəriyyəti geni dəyişdirilmiş qidalardır. Bu da insan orqanizminə mənfi təsir göstərir. İnsan orqanizminə mənfi təsir göstərən amillərdən biri də ekologiyadır. Çünki günü-gündən ekologiya və ətraf mühit dəyişir”.

 

Həkim qeyd edib ki, həm qadın, həm də kişi müayinə olunmalıdır.

 

“Qızlarda menstruasiya problemi və gecikmələr varsa, bu, müayinə olunaraq aradan qaldırılmalıdır. Kişilər də evlilikdən əvvəl intim münasibət zamanı özünü qorumalıdır. Çünki cinsi infeksiyalara yoluxa bilərlər. Bu infeksiyalar da sonsuzluq problemini yaradır. Məhz bu baxımdan evlilikdən əvvəl spermoqram analizi verilməlidir. Müalicəyə başlamazdan əvvəl analizlər toplanır və hər iki tərəf müayinə olunur. Həmçinin cütlüklərin psixoloji vəziyyəti və qidalanma tərzləri də burada əsas götürülür. Bütün bilgiləri əldə etdikdən sonra ultrasəs müayinəsi, hormonol analizlər edilir və borulara baxılır. Əgər qadının yumurtalığı, follikul yetişməsi normaldırsa, borulara diqqət yetirilir. Çünki hamiləlik üçün sağlam borular olmalıdır”.

 

Arzu İsmayılovanın sözlərinə görə, kişilərdə analiz prosesi daha rahatdır.

 

“Onlardan spermoqram analizi götürülür. Bunun üçün onlar cinsi pəhriz etməlidirlər. Bu analizdə spermlərin sayına və hərəkətliliyinə baxılır. Lakin bununla kifayətlənmək olmaz. Spermin morfologiyasına da baxılmalıdır. Bundan əlavə, insanlar hamiləliyə də psixoloji olaraq hazır olmalıdırlar. Çünki stress hamiləlik olma şansını azaldan faktorlardan biridir. Bu dönəmdə ətraf mühit də insanlara çox təsir göstərir. Məsələn, valideynlər, qonşular “Uşaq oldu?, “Nə vaxt olacaq?” tipli suallarla onlara psixoloji təzyiq göstərirlər. Bu da özlüyündə stress yaradır. Ona görə yeni evlənən cütlüklər bu tip insanlardan uzaq qalmalıdırlar”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Paytaxtda qadın ofisiant ona şillə vuran müştərini təpikləyib kafedən belə çıxardı - VİDEO

Ankarada yerləşən bir kafedə qadın ofisiant ilə kişi müştəri arasında naməlum səbəbdən mübahisə yaranıb.   Sfera.az yerli mətbuata istinadən xəbər ve...

Arvadına toxunan sərxoş şəxsi bir zərbə ilə belə yerə sərdi - VİDEO

Sosial şəbəkələrdə paylaşılan bir video qısa zamanda gündəmin diqqət mərkəzinə çevrilib. Kadrlarda bir kişinin həyat yoldaşı ilə birlikdə gəzərkən onunla nalayi...

Türkiyədə yanğınlarla əlaqədar 21 şübhəli həbs edildi

Türkiyədə yanğınlarla bağlı 33 vilayətdə 97 şübhəli barəsində tədbir görülüb.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Yılmaz Tunç...

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO

Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını yayıb.   Sfera.az nazirliyə istinadən icmalı təqdim edir:   ...

Azərbaycanın əməkdar məşqçisi vəfat etdi

Azərbaycan Respublikasının Əməkdar məşqçisi, ağırlıqqaldırma idman növünün inkişafında böyük xidmətləri olan Nüsrət Abdullayev vəfat edib.   Sfera.az...

Minalardan nə vaxt tamamilə azad olacağıq? - Gözlənilən tarix

Minalardan və partlamamış hərbi sursatlardan zərər çəkən ölkələr arasında Azərbaycan ilk sıralardadır. Minalar hələ də işğaldan azad olunan torpaqlarımızın müəy...