Leyla Əliyeva uşaqlarla birgə rəsm çəkdi

Leyla Əliyeva uşaqlarla birgə rəsm çəkdi

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dekabrın 22-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında olub.

Sfera.az xəbər verir ki, tələbələrlə keçirilən görüşdə akademiyanın fəaliyyəti, buradakı təhsil şəraiti barədə məlumat verilib. 2000-ci ildə Azərbaycan Prezidenti, ümummilli lider Heydər Əliyevin Fərmanı ilə yaradılan Dövlət Rəssamlıq Akademiyasında hazırda 7 ixtisas və 20 ixtisaslaşma üzrə rəssam kadrlar hazırlanır.

Akademiyanın rektoru, Xalq Rəssamı Ömər Eldarov bildirib ki, təsviri sənət, memarlıq və dizayn, dekorativ-tətbiqi sənət və sənətşünaslıq fakültələrində tələbələr bakalavr və magistratura pillələrində təhsil alırlar. Həm bakalavr, həm də magistrların yüksək ixtisaslara yiyələnməsi üçün akademiyada emalatxanalar yaradılıb.

Leyla Əliyeva emalatxanalarda tələbələrin əl işləri ilə tanış olub, onlara yaradıcılıq prosesində tövsiyələrini verib.

Daha sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının bir qrup tələbəsi ilə birlikdə Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasında olub.

Klinikada müalicə olunan uşaqlara baş çəkən Leyla Əliyeva onların səhhəti, müalicələrinin gedişi ilə maraqlanıb, qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbriklərini çatdırıb.

Leyla Əliyeva və Rəssamlıq Akademiyasının tələbələri, həmçinin uşaqlarla birlikdə müxtəlif mövzularda rəsmlər çəkiblər.

Qeyd edək ki, təşkil edilən bu görüş klinikada müalicə olunan və öz istedadları ilə seçilən uşaqlar üçün yaradıcılıq imkanlarının genişləndirilməsi baxımından həm də gözəl bir fürsət olub.

Leyla Əliyeva Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasındakı uşaqların müalicəsinin Fondun nəzarətində olduğunu, uşaqların sağlamlığı ilə bağlı məsələlərə daim önəm verildiyini bildirib.



 



 



 

 

 

 



OXŞAR XƏBƏRLƏR

Ukrayna ABŞ-siz nə qədər tab gətirəcək? - AÇIQLAMA

ABŞ-nin hərbi yardımı olmadan Ukrayna indiki səviyyədə yaya qədər mübarizə apara bilər.    Sfera.az xəbər verir ki, bu haqda məlumatı “The...

Nazir xanım professora vəzifə verdi

Elm və Təhsil naziri Emin Əmrullayevin əmri ilə filologiya elmləri doktoru, professor Həmidə Əhməd qızı Əliyeva ADU-nun Elm və innovasiya məsələləri üzrə prorek...

İlon Mask bu ölkəni "saxta" adlandırdı

İş adamı İlon Mask Kanadanı saxta ölkə adlandırıb.   Sfera.az xəbər verir ki, bu barədə o,"X" hesabında yazıb:   "Kanada re...

Kapital Bank-ın baş ofisi artıq yeni ünvanda

25 fevral 2025-ci il tarixindən etibarən ölkənin birinci bankı Kapital Bank rəsmi olaraq fəaliyyətini müasir texnologiyalar və qabaqcıl infrastrukturla təchiz e...

"Prezident Xocalıda Azərbaycan bayrağını qaldırmaqla bütün şəhidlərimizin ruhunu şad etdi" - Göydəniz Qəhrəmanov

“Azərbaycan tarixinin ən dəhşətli və qanlı səhifələrindən biri olan Xocalı soyqırımına ilk dəfə siyasi qiymət verən Ulu Öndər Heydər Əliyev eyni zamanda d...

Bu tarixdə QAR YAĞACAQ - XƏBƏRDARLIQ

Fevralın 26-sı səhər dağlıq ərazilərdən başlayaraq 27-si gündüzədək ölkənin əksər rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağac...