Heydər Əliyev Fondu 122 şagird üçün məktəb inşa etdi- FOTOLAR


Heydər Əliyev Fondu 122 şagird üçün məktəb inşa etdi- FOTOLAR

Şamaxının Hacıqədirli  kəndində Heydər Əliyev Fondu tərəfindən inşa olunan 132 şagird yerlik yeni məktəb binası istifadəyə verilib. 

 

Sfera.az xəbər verir ki, yeni istifadəyə verilən məktəb binasının açlışında Heydər Əliyev Fondunun, Şamaxı Rayon İcra Hakimiyyətinin nümayəndələri, məktəbin müəllim və şagird kollektivi, kənd sakinləri iştirak ediblər.

 

Heydər Əliyev Fondunun nümayəndəsi Şamil Əzizov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov çıxış edərək, məktəbin yeni binasının istifadəyə verilməsi münasibətilə müəllim və şagirdlərə təbriklərini çatdırıblar.

 

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından, o cümlədən Şamaxıda son illər ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsindən, yeni tədris ocaqlarının tikilməsindən, bu sahədə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrdən danışıb.

 

Məktəbin direktor əvəzi Şeyda Şeydayev çıxışında tədris ocağının zəruri avadanlıqlarla təchiz edildiyini diqqətə çatdırıb. Buna görə kollektiv və kənd sakinləri adından Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib.

 

Xatırladaq ki, Şamaxı rayonunun Hacıqədirli kənd tam orta məktəbinin binası 1975-ci ildə inşa olunub. Bina istifadəyə yararsız vəziyyətdə olduğundan Heydər Əliyev Fondu tərəfindən 132 şagird yerlik yeni məktəb binasının inşası həyata keçirilib. İkimərtəbəli məktəb binası 3 korpusdan ibarətdir. Məktəb zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar isə əyani vəsaitlərlə tam təchiz edilib. Burada 10 sinif otağı, fizika, kimya laboratoriyaları, informatika, hərbi təlim və əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt və idman zallar, açıq idman meydançası var. Yeni tədris ocağı daimi su, istilik sistemi, eləcə də yanğın xəbərverici və videomüşahidə sistemləri ilə təmin edilib.

 

Məktəbdə 122 şagirdin təhsil təlim-tərbiyəsi ilə 16  müəllim məşğul olacaq.

 

















OXŞAR XƏBƏRLƏR

"Crocus City Hall" terrorçuları ilə bağlı daha bir fakt üzə çıxdı

Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert kompleksində terror aktını törədən şəxslərin Rusiyadan qaçmaq üçün təşkilatçılardan pul aldıqla...

Rusiyanın 12 regionuna kütləvi PUA hücumu edildi

Rusiya hava hücumundan müdafiə qüvvələri ölkə üzərində Ukraynaya məxsus 99 ədəd PUA vurub.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirl...

Uşaqların bu yaşda dənizdə çimməsi təhlükəlidir - Həkimdən xəbərdarlıq

Açıq su hövzəsində çimmək uşaqlarda müxtəlif infeksiyalara yoluxma və hipotermiya ilə nəticələnə bilər.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya D...

Avqustda bu bürcləri şad xəbərlər gözləyir

2025-ci ilin avqust ayı bəzi bürclər üçün xoş sürprizlər, yeni başlanğıclar və sevindirici xəbərlərlə dolu olacaq. Ulduzlar sevgi, karyera və maliyyə sahələrind...

Bu ərazilərə yağış yağdı – Faktiki hava

İyulun 27-si saat 9:00-a olan faktiki hava açıqlanıb.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.   Qeyd ...

Sirlərinizi “ChatGPT”ə etibar etməyin - XƏBƏRDARLIQ

Texnologiya inkişaf etdikcə, getdikcə daha çox insan ChatGPT-yə sadəcə rəqəmsal bir vasitə kimi deyil, bir növ virtual psixoloq və ya sirdaş kimi baxmağa başlay...