"F1"lə bağlı bütün yol məhdudiyyətləri aradan QALDIRILDI

"F1"lə bağlı bütün yol məhdudiyyətləri aradan QALDIRILDI

Son 8 ildə ilk dəfə olaraq, Formula 1 həftəsindən sonra 24 saat ərzində bütün yol məhdudiyyətləri aradan qaldırılıb.

 

Bu barədə Sfera.az-a Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətindən məlumat verilib.

 

Bildirilib ki, 13-15 sentyabr tarixlərində baş tutmuş Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024 ərəfəsində bağlanan prospekt və küçələr nəzərdə tutulmuş vaxtdan daha tez, bugündən sürücülərin istifadəsinə verilib. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti, Daxili İşlər Nazirliyi, Baş Dövlət Yol Polisi İdarəsinin və digər aidiyyəti qurumların birgə səyi nəticəsində son 8 ildə ilk dəfə olaraq paytaxt Bakının yolları 24 saat tamam olmamış paytaxtdakı nəqliyyat məhdudiyyəti aradan qaldırılıb.
Həmçinin sentyabrın 16-dan 17-dək, 1 gün ərzində Bakı Şəhər Halqası ərtafında təhlükəsizlik məqsədilə quraşdırılmış 3306 ədəd beton bloklar aradan götürülüb.

 

Xatırladaq ki, yarış həftəsində bağlı olan yolların bir çox hissəsi müəyyən saat aralıqlarında şəhərdəki tıxacların minimuma endirilməsi məqsədilə sürücülərin istifadəsi üçün açıq olub.

 

Firuzə Əliyeva


 


OXŞAR XƏBƏRLƏR

"Qarabağ"ın matçına nə qədər bilet satılıb?

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Bakıda keçiriləcək "Qarabağ" - "Şelburn" (İrlandiya) oyunu üçün indiyədək 11 min bilet sa...

Yaponiyada qadınların orduya yolu tam açıldı

Yaponiya Müdafiə Nazirliyi qadınların ölkənin silahlı qüvvələrinə qəbulu ilə bağlı son məhdudiyyətləri aradan qaldırıb.   Sfera.az xəbər verir ki, av...

"Crocus City Hall" terrorçuları ilə bağlı daha bir fakt üzə çıxdı

Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert kompleksində terror aktını törədən şəxslərin Rusiyadan qaçmaq üçün təşkilatçılardan pul aldıqla...

Rusiyanın 12 regionuna kütləvi PUA hücumu edildi

Rusiya hava hücumundan müdafiə qüvvələri ölkə üzərində Ukraynaya məxsus 99 ədəd PUA vurub.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirl...

Uşaqların bu yaşda dənizdə çimməsi təhlükəlidir - Həkimdən xəbərdarlıq

Açıq su hövzəsində çimmək uşaqlarda müxtəlif infeksiyalara yoluxma və hipotermiya ilə nəticələnə bilər.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya D...

Avqustda bu bürcləri şad xəbərlər gözləyir

2025-ci ilin avqust ayı bəzi bürclər üçün xoş sürprizlər, yeni başlanğıclar və sevindirici xəbərlərlə dolu olacaq. Ulduzlar sevgi, karyera və maliyyə sahələrind...