Pərviz Şahbazov Qırğızıstanda bir sıra görüşlər KEÇİRDİ

Pərviz Şahbazov Qırğızıstanda bir sıra görüşlər KEÇİRDİ

Qırğızıstanda Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin energetika nazirlərinin 4-cü iclası çərçivəsində energetika naziri Pərviz Şahbazov bir sıra görüşlər keçirib.

 

Sfera.az bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.

Qırğızıstanın energetika naziri Taalaybek İbrayevlə görüşdə strateji tərəfdaşlıq səviyyəsinə yüksələn dövlətlərarası münasibətlərimizin enerji istiqaməti üzrə fikir mübadiləsi aparılıb. İki ölkə arasında energetika sahəsində əməkdaşlığa dair hazırlanmış Fəaliyyət Planı və geniş enerji tərəfdaşlığını hədəfləyən İşçi Qrupu ilə bağlı məsələlər nəzərdən keçirilib. Bərpa olunan enerji Azərbaycan-Qırğızıstan əlaqələrinin müasir qlobal çağırışlara uyğun inkişafında mühüm perspektivlərə malik sahə kimi dəyərləndirilib. Hazırda Mərkəzi Asiyadan Azərbaycana və daha sonra Avropaya “yaşıl enerji”nin ixracı təşəbbüsü üzrə Azərbaycan, Qazaxıstan və Özbəkistanla olan əməkdaşlığa Qırğızıstanın da qoşulması imkanları nəzərdən keçirilib. Qırğızıstanla hidro və bərpa olunan enerji ilə yanaşı, neft-qaz sahəsində əməkdaşlığa dair fikir mübadiləsi edilib. Azərbaycanın COP29-a sədrliyi çərçivəsində əməkdaşlıq məsələlərinə də toxunulub.

Türkiyənin energetika və təbii sərvətlər nazirinin müavini Ahmet Berat Çonkarla görüşdə isə ikitərəfli enerji gündəliyinin prioritet məsələləri və regional enerji layihələrinin inkişafı müzakirə edilib. İğdır-Naxçıvan qaz kəmərinin ilin sonunadək istismara veriləcəyi qeyd edilib. Naxçıvan üzərindən “Türkiyə-Azərbaycan Qarşılıqlı Əlaqə” layihəsinin icra vəziyyəti, habelə Naxçıvanda "yaşıl enerji" zonasının inkişafı layihəsinin texniki - iqtisadi təhlili və əsaslandırmasının hazırlanması məqsədilə məsləhətçi şirkətin cəlbi ilə bağlı həyata keçirilən proseslərə diqqət yetirilib. Təbii qaz sahəsində əməkdaşlıqdan məmnunluq ifadə edilib. Təbii Qaz Sahəsində Əməkdaşlıq haqqında yeni Hökumətlərarası Sazişin Azərbaycan və üçüncü ölkələrdən Türkiyə və Avropa ölkələrinə qaz tədarükünü də təşviq etməklə enerji təhlükəsizliyi məsələlərində türk dövlətlərinin rolunu gücləndirən perspektivlər yaratdığı qeyd edilib. Söhbət zamanı cari ildə Ankarada keçirilməsi planlaşdırılan Azərbaycan-Türkiyə 4-cü Enerji Forumu ilə əlaqədar məsələrə də toxunulub.

Nazir Pərviz Şahbazovun Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevlə də görüşü olub. Görüşdə təşkilatla Azərbaycanın əməkdaşlığı, xüsusilə enerji layihələrinin türk dövlətləri arasında əlaqələrin inkişafındakı rolu barədə danışılıb. TDT-nin dövlət başçılarının Şuşada qeyri-rəsmi Zirvə görüşünün nəticəsi olaraq qəbul edilən Qarabağ Bəyannaməsinin bərpa olunan enerji və enerji səmərəliliyi sahələrində, eləcə də Azərbaycan-Qazaxıstan-Özbəkistan enerji sistemlərinin qarşılıqlı əlaqələndirilməsi layihəsində (Yaşıl enerji dəhlizi) əməkdaşlığın inkişafını təşviq etdiyi qeyd edilib. Görüşdə, həmçinin TDT-nin Enerji Əlaqələndirmə Komitəsinin, Texnologiya və Yaşıl Təşəbbüslər üzrə Regional Mərkəzinin fəaliyyətinə dair fikir mübadiləsi aparılıb.


OXŞAR XƏBƏRLƏR

"Crocus City Hall" terrorçuları ilə bağlı daha bir fakt üzə çıxdı

Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert kompleksində terror aktını törədən şəxslərin Rusiyadan qaçmaq üçün təşkilatçılardan pul aldıqla...

Rusiyanın 12 regionuna kütləvi PUA hücumu edildi

Rusiya hava hücumundan müdafiə qüvvələri ölkə üzərində Ukraynaya məxsus 99 ədəd PUA vurub.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirl...

Uşaqların bu yaşda dənizdə çimməsi təhlükəlidir - Həkimdən xəbərdarlıq

Açıq su hövzəsində çimmək uşaqlarda müxtəlif infeksiyalara yoluxma və hipotermiya ilə nəticələnə bilər.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya D...

Avqustda bu bürcləri şad xəbərlər gözləyir

2025-ci ilin avqust ayı bəzi bürclər üçün xoş sürprizlər, yeni başlanğıclar və sevindirici xəbərlərlə dolu olacaq. Ulduzlar sevgi, karyera və maliyyə sahələrind...

Bu ərazilərə yağış yağdı – Faktiki hava

İyulun 27-si saat 9:00-a olan faktiki hava açıqlanıb.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.   Qeyd ...

Sirlərinizi “ChatGPT”ə etibar etməyin - XƏBƏRDARLIQ

Texnologiya inkişaf etdikcə, getdikcə daha çox insan ChatGPT-yə sadəcə rəqəmsal bir vasitə kimi deyil, bir növ virtual psixoloq və ya sirdaş kimi baxmağa başlay...