Taksidən istifadə edənlərin sayı niyə azalır? - STATİSTİKA
Son 3 ayda taksidən istifadə edənlərin sayında azalma müşahidə olunur.
Sfera.az statistik məlumatlara istinadən xəbər verir ki, taksi istifadəçilərinin sayında azalma yeni qaydaların qüvvəyə minməsi ilə eyni dövrə təsadüf edir.
Rəsmi statistik məlumatlara əsasən, bu ilin yanvar-may ayları ərzində hər ay taksidən istifadə edənlərin sayı əvvəlki ilin eyni ayları ilə müqayisədə çox olub. Lakin iyundan başlayaraq istifadəçilərin sayı azalma mərhələsinə keçib və ötən ilin iyun, iyul və avqust aylarına nisbətən istifadəçi sayında mənfi dinamika qeydə alınıb.
Ötən ilin iyununda taksi ilə 8,6 milyon sərnişin daşındığı halda, bu ilin iyununda 7,23 milyon sərnişin daşınıb. Daşınan sərnişinlərin sayı iyulda 1,075 milyon nəfər azalaraq 7,12 milyon nəfərə, avqustda isə 1,25 milyon nəfər azalaraq 7,046 milyona düşüb.
Ümumilikdə iyun-avqust aylarını əhatə edən 3 ay ərzində 21,4 milyona yaxın sərnişin daşınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,73 milyon az sərnişin deməkdir.
Dinamika göstərir ki, qarşıdakı aylarda da əvvəlki ilə nisbətən taksi istifadəçilərinin sayında azalma baş verəcək.
Vasif