Kişilərdə 40 yaşdan sonra yaranan PROBLEM: "Cinsi həvəsi öldürür və..." - AÇIQLAMA

Kişilərdə 40 yaşdan sonra yaranan PROBLEM: "Cinsi həvəsi öldürür və..." - AÇIQLAMA

Kişilər cinsi sağlamlıqla bağlı problemləri olan zaman adətən danışmağa çəkinir və gizlədirlər. Hətta vəziyyət ağırlaşmayana qədər həkimə belə getmirlər. Son dövrlər kişilərin ən böyük problemi ereksiya problemidir.

 

Bəs bu problemi yaradan əsas faktorlar nədir?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan həkim uroloq-androloq Araz Məmmədov bildirib ki, bu xəstəlik erektil disfunksiya (impotensiya) olaraq da adlandırılır.

 

“Cinsi fəaliyyətin başlamasında və davamlılığında problem varsa, deməli kişi impotensiya ilə üz-üzədir. Hazırda dünyada 40-70 yaş aralığında olan kişilərin 50 faizi erektil disfunksiya problemini yaşayırlar. Ereksiya problemi kişilərin intim həyatını məhvə sürükləyir və bu problemin yaranmasının müxtəlif səbəbləri mövcuddur. Kişilərdə cinsi həvəs beyni, hormonları, duyğuları, sinirləri, əzələləri və damarları idarə edən qarışıq bir prosesdir. Bunların hər hansısa birində problem olarsa, impotensiya yaşana bilər. Stress də cinsi həvəsə mənfi təsir göstərən faktorlardan hesab olunur. Elə hallar olur ki, fiziki və psixoloji amillər birləşərək ereksiya probleminin yaranmasına zəmin yaradır. Cinsi həvəs olduğu halda ereksiya problemi yaşanırsa, həyəcanlanmağa ehtiyac yoxdur. Cinsi meyillərə konsentrasiya olmaqla məsələni yoluna qoymaq mümkündür. Lakin bu hal 3 aydan uzun müddətdə təkrarlanırsa, mütləq həkimə müraciət etmək lazımdır. Bu problem kişilərdə, əsasən, 40 yaşdan sonra başlayır”.

 

Həkim qeyd edib ki, xroniki xəstəliklər, nahiyənin zədələnməsi, cərrahi əməliyyatlar və alkoqol qəbulu bu problemi yaradan əsas səbəblər siyahısındadır.

 

“Partnyoru həddindən artıq qısqanmaq, xəyanət, təcrübəsizlik, depressiya, fobiya və günahkarlıq hissi də erektil disfunksiyanı yaradır. Qeyd edim ki, təzyiq və ürək dərmanları, sidik qovucuları, antidepresantlar da kişinin cinsi həyatını məhv edir. Bu problemdən xilas olmaq üçün zərərli vərdişlərdən və stress yarada biləcək hadisələrdən uzaq durmaq lazımdır. Ən yaxşı çıxış yolu mütəxəssis köməyi almaqdır”.

 

Asya


OXŞAR XƏBƏRLƏR

Qazaxıstanda Xəzərə çələnglər buraxıldı

"Azərbaycan Hava Yolları"na məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsinin necə qəzaya uğraması nəticə...

Son paylaşımını Azərbaycan dilində yazıbmış...

Xəbər verdiyimiz kimi, ötən gün Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində 6 Qazaxıstan vətəndaşı həlak olub. Onlar arasında Qazaxı...

Tünzalə Ağayeva təyyarə qəzası ilə bağlı paylaşım etdi - VİDEO

Xalq artisti Tünzalə Ağayeva ötən gün baş verən dəhşətli təyyarə qəzası ilə bağlı paylaşım edib.   Sfera.az xəbər verir ki, müğənni, şəxsi “İns...

Rusiyada fövqəladə vəziyyət elan edildi

Rusiya Fövqəladə Hallar Nazirliyinin rəhbəri Aleksandr Kurenkovun sədrliyi ilə hökumət komissiyası Kerç boğazına yanacaq axması ilə əlaqədar federal səviyyəli f...

SEPAH nümayəndələri Azərbaycana başsağlığı verdilər

İran İslam Respublikası Silahlı Qüvvələrinin nümayəndələri Azərbaycanın Tehrandakı səfirliyini ziyarət edərək başsağlığı veriblər.   Sfera.az xə...

Qəzada zərərçəkənlərə bu qədər kompensasiya veriləcək - RƏSMİ

“Azərbaycan Hava Yolları” QSC-nin Müşahidə Şurasının qərarı ilə 25.12.2024-cü il tarixində Qazaxıstan Respublikası ərazisində qəzaya uğramış “...