Fransalı nazirin Ermənistana dəstəyi: Paris İrəvanı Rusiyanın əlindən ala biləcəkmi?

Fransalı nazirin Ermənistana dəstəyi: Paris İrəvanı Rusiyanın əlindən ala biləcəkmi?

Xəbər verdiyimiz kimi, Fransa xarici işlər naziri Stefan Sejurne Ermənistana səfər edib. O, ölkəsinin Ermənistanı rəsmi Moskvanın təzyiqlərindən qoruyacağını bildirib, hətta Rusiyanı Ermənistanın düşməni elan edib.

 

“Rusiyanın təhdidlərinə və aşkar düşmənçiliyinə baxmayaraq, erməni xalqına və hökumətinə dəstək veriləcək. Demokratik dəyərlərin qorunmasında hər zaman bizim köməyimizə arxalana bilərsiniz”, - fransalı nazir qeyd edib.

 

Fransalı nazirin bu açıqlaması hansı nəticələrə gətirib çıxara bilər?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Fransa Ermənistan və Rusiya arasında siyasi böhranın dərinləşməsində maraqlıdır. Onun sözlərinə görə, bu kontekstdə fransalı nazirin verdiyi açıqlama Kremlin İrəvana təzyiq etməsi üçün hesablanıb: 

 

“Fransa Ermənistanda siyasi-hərbi əlaqələrini inkişaf etdirir. Bu ölkənin Ermənistanda möhkəmlənməsi isə Cənubi Qafqaz üçün yeni təhlükəsizlik riski yaradır. Demək olar ki, Ermənistan Rusiya və Fransa arasında qarşıdırma plasdarmına çevrilir. Beləliklə, Ermənistan Cənubi Qafqazda forpost olacaq. Lakin Nikol Paşinyan ötən gün açıqlamasında ölkəsinin digər bir ölkənin forpostu olmasına qarşı olduğunu qeyd etmişdi. Görünür, bu kimi açıqlamalar məhz Moskvaya ünvanlanmışdı. Fikrimcə, Paşinyan xələflərinin siyasətini aparır. Əvvəlki hökumətlər Moskvanın forpostu olmuşdu, Paşinyan isə sadəcə olaraq Moskvanı Parisə dəyişir”.

 

Politoloq qeyd etdi ki, Ermənistanda kölə siyasəti hələ də davam edir:

 

“Düşünürəm ki, Fransa Rusiya qarşısında Ermənistana ciddi siyasi və hərbi təhlükəsizlik dəstəyi göstərə bilməyəcək. Onun bu cür imkanları zəifdir.  Rusiya isə Ermənistana sanksiyalar tətbiq edərsə, ölkə iqtisadiyyatı iflic olacaq, nəticədə xalq bu vəziyyətə etiraz edəcək. Digər tərəfdən, Fransanın uzun müddət Ermənistana maliyyə və iqtisadi dəstək verməsi də mümkün görünmür. Rəsmi İrəvan yalnız Azərbaycan və Türkiyə ilə normallaşma prosesinə gedərsə, öz həqiqi müstəqilliyini əldə edəcək”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Polis çimərliklərdə vətəndaşlara bunu məsləhət görür - FOTO

İsti hava şəraiti ilə əlaqədar insanların çimərliklərə axını nəzərə alınaraq həmin məkanlarda vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə polis əmə...

Baş həkimdən Arif Babayevin vəziyyəti ilə bağlı açıqlama

Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır.   Sfera.az xəbər verir ki, bu barədə Mərkəzi Klinik Xəstəxanasının Baş həkimi Kamran ...

Paytaxtda qadın ofisiant ona şillə vuran müştərini təpikləyib kafedən belə çıxardı - VİDEO

Ankarada yerləşən bir kafedə qadın ofisiant ilə kişi müştəri arasında naməlum səbəbdən mübahisə yaranıb.   Sfera.az yerli mətbuata istinadən xəbər ve...

Arvadına toxunan sərxoş şəxsi bir zərbə ilə belə yerə sərdi - VİDEO

Sosial şəbəkələrdə paylaşılan bir video qısa zamanda gündəmin diqqət mərkəzinə çevrilib. Kadrlarda bir kişinin həyat yoldaşı ilə birlikdə gəzərkən onunla nalayi...

Türkiyədə yanğınlarla əlaqədar 21 şübhəli həbs edildi

Türkiyədə yanğınlarla bağlı 33 vilayətdə 97 şübhəli barəsində tədbir görülüb.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Yılmaz Tunç...

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO

Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını yayıb.   Sfera.az nazirliyə istinadən icmalı təqdim edir:   ...