Kişilər niyə daha tez qərar verirlər? - AÇIQLAMA

Kişilər niyə daha tez qərar verirlər? - AÇIQLAMA

Kişilər və qadınlar bir sıra xüsusiyyətlərinə görə bir-birilərindən fərqlənirlər. Bu fərqlərdən biri də kişilərin daha tez qərar verməsidir. Məsələn, restoranda yemək yeyərkən və yaxud paltar seçərkən kişilər qadınlara nisbətən daha tez seçim edirlər.

 

Bəs bu nə ilə əlaqədardır?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan psixoloq Nahidə Axundova bildirib ki, kişilər və qadınların qərarvermə prosesində dəyişikliklər bioloji təkamül, sosial-psixoloji faktorlar ilə bağlıdır.

 

“Kişilər daha sürətli və impulsiv qərar verirlər. Çünki onların beyinləri tez bir zamanda reaksiya göstərməyə meyillidir. Bu, təkamül nəticəsində formalaşıb. Amma qadınlar daha çox detallara diqqət edirlər. Onlar ehtiyatlı qərar vermək üçün daha çox düşünürlər. Bu da qadınların həm sosial, həm də bioloji baxımdan fərqli düşünmələri ilə əlaqədardır".

 

Psixoloq qeyd edib ki, qadınlar təbiət baxımından ünsiyyətə meyillidirlər:

 

“Amma kişilər aqresiv davranışa daha çox üstünlük verirlər. Onlar daha çox biliyə önəm verir və ağlın səsinə qulaq asarlar. Qadınlar daha çox onların intuisiyasını və “daxili səsini” dinləyirlər. Kişilərdə araşdırma bacarığı, qadınlarda müşahidə qabiliyyəti daha güclüdür. Qadınlar üzvi və mücərrəd düşünürlər. Kişilər mexaniki və mücərrəd düşüncəyə meyillidirlər. Kişilər ilk öncə faktları nəzərə alırlar. Qadınlar faktlarla yanaşı, təcrübələri də nəzərə alırlar. Kişi idarəçi son qərarı tək vermək istəyir. Qadınlar ətrafları ilə məsləhətləşərək qərar verməyi üstün tuturlar. Kişilər işləmək üçün yaşayırlar. Qadınlar yaşamaq üçün çalışırlar”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR