Türkiyədə üç nazir müavini vəzifədən azad edildi, növbə Yaşar Gülərdədir? - AÇIQLAMA

Türkiyədə üç nazir müavini vəzifədən azad edildi, növbə Yaşar Gülərdədir? - AÇIQLAMA

Ötən gün Türkiyədə üç nazir müavini vəzifəsindən azad edilib. Bu barədə Türkiyə Prezideti Rəcəb Tayyib Ərdoğan qərar imzalayıb.  Bildirilib ki, milli müdafiə nazirinin müavini Cemal Sami Tüfekçi vəzifəsindən azad olunub, onun yerinə Musa Heybet təyin edilib. Təhsil nazirinin müavini Kemal Şamlıoğlunun yerinə Muhammet Bilal Macit, səhiyyə nazirinin müavini Huzeyfe Yılmazın əvəzinə isə Yasin Ayfer Erkoç təyin olunub. 

 

Maraqlıdır, Türkiyədə nə baş verir?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, təyinatlarda ən diqqətçəkən məqam Milli Müdafiə Nazirliyi ilə bağlıdır.

 

O xatırladıb ki, keçmiş nazir müavini C.S.Tüfekçi daha çox hərbi təyinatlı obyektlərin işinə nəzarət edirdi:

 

“O, mexanika mühəndisliyi üzrə Türkiyənin əsas mütəxəssislərindəndir. ABŞ-də təhsil alan C.S.Tüfekçi bu il Türkiyədə keçirilən prezident seçkilərindən sonra hökumətin yeni heyəti formalaşanda nazir müavini təyin edildi.  M.Heybetin də bioqrafiyası kifayət qədər zəngindir, amma o, sələfindən fərqli olaraq xaricdə təhsil almayıb. Bir müddət əvvəl Türkiyədə hərbi akademiyanın məzun günündə leytenantların qılınc çıxararaq “Musfata Kamal Atatürkün əsgərləriyik” demələri ölkədə gündəmin əsas mövzularından birinə çevrilmişdi. Milli Müdafiə Nazirliyindən verilən açıqlamada məsələ ilə bağlı araşdırmanın başlanacağı qeyd olunmuşdu. Bunun fonunda milli müdafiə naziri Yaşar Gülerin istefaya göndəriləcəyi barədə iddialar yayılmışdı. Sözügedən istefanın bu hadisə ilə bağlı olması nəzəri cəhətdən mümkündür. İstefanın pərdəarxasında məhz bu məqamın olması istisna deyil”.

 

Şərhçi bildirdi ki, digər nazir müavinlərinin də işlərindən azad edilməsi ictimai rəyi yayındırmaq üçün ola bilər:

 

“Nəzərə almaq lazımdır ki, keçmiş nazir müavininin tutduğu vəzifənin baş verən hadisələrlə əlaqəsi yoxdur. O, daha çox ordunun maddi-texniki təminatı ilə məşğul idi. Bu mənada Ərdoğanın müvafiq sərəncamının arxasında başqa səbəblərin olması tamamilə mümkündür.  Yox, əgər səbəb son günlər müzakirə olunan məsələdirsə, onda yenə də iki versiya üzərindən çıxış etmək olar. Bu, mövzunu bağlamağa, məsələni unutdurmağa hesablanmış addım idi. C.S.Tüfekçi bir növ “günah keçisi” kimi göstərildi, yaxud da, ola bilsin, prosesin davamı gələcək. Bu mənada az olsa da, Y.Gülerin istefa verməsi və ya vəzifəsindən azad olunması ehtimalı hələ də var”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Polis çimərliklərdə vətəndaşlara bunu məsləhət görür - FOTO

İsti hava şəraiti ilə əlaqədar insanların çimərliklərə axını nəzərə alınaraq həmin məkanlarda vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə polis əmə...

Baş həkimdən Arif Babayevin vəziyyəti ilə bağlı açıqlama

Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır.   Sfera.az xəbər verir ki, bu barədə Mərkəzi Klinik Xəstəxanasının Baş həkimi Kamran ...

Paytaxtda qadın ofisiant ona şillə vuran müştərini təpikləyib kafedən belə çıxardı - VİDEO

Ankarada yerləşən bir kafedə qadın ofisiant ilə kişi müştəri arasında naməlum səbəbdən mübahisə yaranıb.   Sfera.az yerli mətbuata istinadən xəbər ve...

Arvadına toxunan sərxoş şəxsi bir zərbə ilə belə yerə sərdi - VİDEO

Sosial şəbəkələrdə paylaşılan bir video qısa zamanda gündəmin diqqət mərkəzinə çevrilib. Kadrlarda bir kişinin həyat yoldaşı ilə birlikdə gəzərkən onunla nalayi...

Türkiyədə yanğınlarla əlaqədar 21 şübhəli həbs edildi

Türkiyədə yanğınlarla bağlı 33 vilayətdə 97 şübhəli barəsində tədbir görülüb.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Yılmaz Tunç...

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO

Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını yayıb.   Sfera.az nazirliyə istinadən icmalı təqdim edir:   ...