Əminə Ərdoğan da Bakıya gəlir

Əminə Ərdoğan da Bakıya gəlir

Türkiyənin birinci xanımı Əminə Ərdoğanla bərabər COP29-da iştirak edəcəyik.

 

Sfera.az xəbər verir ki, bunu Türkiyənin Qaziantep vilayətinin böyük şəhər bələdiyyəsinin sədri Fatma Şahin Report-a açıqlamasında bildirib.

 

F.Şahin deyib ki, Ə.Ərdoğan bütün dünya üçün böyük əhəmiyyət daşıyan bu tədbirin Azərbaycanda keçirilməsinə çox önəm verir:

 

"Bizim Azərbaycanla gözəl qardaşlığımız, sarsılmaz birliyimiz var ki, məhz bu da bütün dünyaya nümayiş olunacaq müsbət davranışdır. Bu baxımdan biz COP29-da da bərabər olacağıq. Hazırkı durumda COP29 iqlim dəyişmələrinə qarşı mübarizədə ən böyük əlacdır. Hər ölkə bu istiqamətdə həyata keçirdiyi tədbirlərdən bəhs edəcək. 1992-ci ildə Braziliyada qəbul edilən müqaviləyə görə, hər ölkə atmosferə atılan istixana qazlarının emissiyasını azaltmağa görə məsuliyyət daşıyır. Əminə Ərdoğanın Türkiyədə ətraf mühit mövzusunda vacib layihələrin həyata keçməsində önəmli xidmətləri var. Onun ətraf mühitlə bağlı dünyaya etdiyi çağırışlar da BMT tərəfindən təqdir olunur. Əminə xanım Türkiyə olaraq qardaş Azərbaycanı COP29-da dəstəkləyəcəyimizi bəyan edib".

 

Bələdiyyə sədri vurğulayıb ki, Qaziantep yaşıl və "ağıllı" şəhər kimi Türkiyədə nümunəvi yer tutduğu üçün COP29-a xüsusi hazırlaşır: "Qaziantep olaraq biz "ən yaşıl, ən ağıllı və ən əzmli şəhər" başlıqlı layihəmizlə COP29-da iştirak edəcəyik. Qardaş Azərbaycan vasitəsilə bu cür həssas mövzunu dünyaya səsləndirmək üçün ciddi hazrlıqlarımız davam edir".


OXŞAR XƏBƏRLƏR