İnternetdən imtina edənlər cərimələnəcək? - AÇIQLAMA

İnternetdən imtina edənlər cərimələnəcək? - AÇIQLAMA

Məlum olduğu kimi, avqustun 15-dən minimum internet tarifi 25 AZN müəyyənləşib. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, qiymətdəki artımdan sonra əksər vətəndaşlar internet xidmətindən imtina edib. O da bildirilir ki, “Aztelecom”un yerlərdəki qovşaqlarından bölgələrdəki vətəndaşlara internet xidmətindən imtina etdikləri halda 130 AZN məbləğində cərimə olunacaqlar.

 

Sfera.az xəbər verir ki, məsələ ilə bağlı “Aztelekom” MMC-dən bildirilib ki, şirkət rəqəmsal transformasiya siyasətinə sadiq qalaraq, rəqəmsal xidmətləri genişləndirərək müxtəlif telekommunikasiya layihələrini uğurla icra etməkdədir.

 

Bu layihələrə yeni nəsil avadanlıqların quraşdırılması, fiber-optik telekommunikasiya şəbəkəsinin genişləndirilməsi və müasir standartlara cavab verən kommunikasiya infrastrukturunun yaradılması daxildir:

 

“Bu tədbirlər abunəçilərimizin məlumat və telekommunikasiya şəbəkəsindən daha dayanıqlı, təhlükəsiz və yüksək keyfiyyətli istifadə etmələrinə şərait yaradır.

 

Telekommunikasiya xidmətlərimizin keyfiyyətini artırmağa yönəlmiş bu yeniliklərin davamı olaraq “Aztelekom” MMC tariflərdə dəyişiklik etmək qərarına gəlib. Bu dəyişikliklər haqqında 30 gün öncədən media vasitəsilə məlumat verilib və qanunvericiliyə uyğun şəkildə 15 avqust 2024-cü il tarixindən etibarən həyata keçirilməkdədir. Bu tarif dəyişikliklərini etməkdə məqsəd müştərilərimizə daha yaxşı və effektiv xidmətlər təqdim etməkdir.

Qeyd edək ki, müqavilə şərtlərinə görə müştərilərimizin hüquqlarına zidd olmadan onlara 12 ay davamlı istifadə etmək şərti qarşılığında ödənişsiz avadanlıq və qoşulma həyata keçirilir”. 

 

Bildirilib ki, yalnız qeyd edilən şərt pozulduğu təqdirdə xidməthaqqı və avadanlığın ödənişi öhdəliyi müştərinin üzərinə düşür (bənzər abunəlik şərtləri dünyanın bir çox ölkələrində tətbiq olunur):

 

“Onu da qeyd etmək istərdik ki, bu heç bir halda xidmətdən imtinaya görə tətbiq edilən hər hansı bir cərimə və ya əlavə ödəniş deyil, sadəcə 12 ay davamlı istifadə etmək şərti qarşılığında ödənişsiz təqdim edilmiş avadanlığın dəyəridir.

 

Yeni tariflərin tətbiq olunduğu tarixdən sonrakı 30 gün ərzində əvvəlki abunəçilərimizə öz istəklərinə əsasən xidmətlərdən imtina etmək üçün vaxt verilib. Bu müddət ərzində abunəçilərimiz müqavilə şərtlərinə uyğun olaraq yazılı şəkildə müraciət etməklə telekommunikasiya xidmətlərindən istədikləri zaman imtina edə bilərlər”.

 

Bu halda borc öhdəliyi tətbiq olunmur və yalnız ödənişsiz verilmiş ONT avadanlıqların qaytarılması tələb olunur. Avadanlığın qaytarılması mümkün olmadıqda isə abonentdən onun dəyəri tələb edilir:

 

“Aztelekom” olaraq müştərilərimizə daha rahat ünsiyyət və əlçatanlıq təmin etmək məqsədilə xidmətlərimizi davamlı şəkildə yaxşılaşdırmağa çalışırıq. Abunəçilərimizin rahatlığı və məmnuniyyəti bizim üçün prioritetdir. Belə ki, şirkətimizin 7/24 fəaliyyət göstərən “Çağrı Mərkəzi” – 170, sosial media hesabları və digər kommunikasiya kanalları abunəçilərin daim xidmətindədir. Müraciətlər mümkün olan ən qısa vaxt ərzində cavablandırılır və müştərilərin yaşadığı çətinliklər operativ şəkildə aradan qaldırılır”.


OXŞAR XƏBƏRLƏR

Oğlan valideynləri qız gözləyirdilər: Baş verəcəklərə hazır deyildilər

Artıq üç oğul böyüdən 32 yaşlı Delaver sakini (ABŞ) Lindsi Wiley dördüncü dəfə hamilə qalmaq qərarına gəlib - bu dəfə ailənin çoxdan gözlənilən qızı olacağı ümi...

"Dost ana-atadan üstündür"

"Sənətdə rəqabət var deyə, dostluq bir az müəmmalıdır. Çünki hamı öndə olmaq, daha yaxşısını etmək istəyir. Amma dost üçün fərq etmir kim öndədədir. Əsas o...

Sahibi izsiz şəkildə yoxa çıxıb: 1 milyonlu malikanə aşkar edildi

Londonun kənarındakı tərk edilmiş malikanə ora baş çəkməyi bacaranlarda təxəyyülü həyəcanlandırır və həqiqi emosiyalar oyadır.   Ev demək olar ki, ta...

Azərbaycana Qərbi Avropadan turist axını kəskin artdı

Bu ilin iyun ayında Azərbaycana Qərbi Avropa ölkələrindən 10 073 turist ziyarət edib, bu isə ötən ilin eyni ayı ilə müqayisədə 19 % çoxdur.   Sfera.a...

Emin Ağalarov bunu da etdi: Bakı səmasında ağlasığmaz görüntülər - VİDEO

Tanınmış iş adamı və müğənni Emin Ağalarov “Sea Breeze” layihəsinin davamı kimi nəzərdə tutulan yeni “Süni Ada” layihəsini qeyri-adi for...

Məzuniyyətə gələn əsgəri maşın vurub xəstəxanalıq etdi

Qubada məzuniyyətə gələn əsgəri avtomobil vurub.   Sfera.az xəbər verir ki, hadisə rayonun Rustov kəndi ərazisində baş verib.   Belə ki, h...