Uçuşa gecikən sərnişinə 5 min dollardan çox cərimə yazıldı
Avstraliyada aviaşirkət problemli sərnişinə qeyri-adi cəza verib. Sərnişin 5 min dollardan yuxarı olan yanacağın pulunu aviaşirkətə qaytarmalıdır.
Sfera.az bildirir ki, Avstraliya Federal Polisinin məlumatına görə, 32 yaşlı kişi Pertdən Sidneyə uçarkən özünü nalayiq aparıb. Nəticədə təyyarə geri dönərək hava limanına qayıtmasına və pilotun eniş üçün yanacaq tökmək məcburiyyətində qalmasına səbəb olub.
Sərnişin indi aviaşirkətə təzminat olaraq 5806 dollar ödəməlidir. Perth Magistrates Məhkəməsi də əlavə olaraq sərnişini 6,055 dollar cərimələyib. Ümumilikdə 11,861 dollar məbləğində cərimə biletin qiymətindən dəfələrlə çoxdur.
"Bu hadisə təyyarənin göyərtəsində xuliqan davranışın şəxs üçün baha başa gələ biləcəyi barədə xəbərdarlıq olmalıdır. Aviaşirkət işçilərinin göstərişlərinə tabe olmaq, sizə baha başa gələ biləcək lazımsız problemlər yaratmaqdan daha asandır"- deyə AFP-nin icraçı direktoru Şauna Davis verdiyi şərhdə bildirib.
Uçuş 25 sentyabr 2023-cü ildə baş tutsa da, itaətsiz sərnişinə qarşı iş Avstraliya məhkəmə sistemi vasitəsilə təxminən bir il çəkib. Nə sərnişinin, nə də aviaşirkətin adı açıqlanmayıb. Sərnişinə niyə məhz bu cür ağır cəza verildiyi də açıqlanmır.
32 yaşlı şəxs təyyarədə asayişi pozmaqda və təhlükəsizlik qaydalarına əməl etməməkdə günahını etiraf edib.