Şəhid məqalələrinin silinməsi ilə bağlı AÇIQLAMA: "Yalan danışırlar...”

Şəhid məqalələrinin silinməsi ilə bağlı AÇIQLAMA: "Yalan danışırlar...”

“Şəhid məqalələrinin silinməsini müdafiə edən vikipediyaçılar sadəcə olaraq yalan danışırlar”.

 

Sfera.az xəbər verir ki, bunu 10 ildən çox Vikipediyada Azərbaycanca inzibatçı kimi fəaliyyət göstərdiyini deyən Nihat Vəlizadə bildirib. O özü haqqında qısa məlumat verərək bunları qeyd edib:

 

“Mən Azərbaycanca Vikipediyada fəaliyyətim boyunca 100 mindən çox redaktələr etmişəm. 2017-ci ildə Kanadanın Montreal şəhərində keçirilən Vikimaniyada və 2023-cü ildə Torontoda keçirilən "WikiConference North America"da Azviki icmasını təmsil etmişəm. Bu il 2 tədbirə dəvət ediblər. Birinci tədbir İstanbulda keçirilməsi planlaşdırılan "Wikimedia CEE Meeting 2024"dür. Digəri isə Amerika Birləşmiş Ştatlarının İndiana ştatının Indianapolis şəhərində keçirilməli olan "WikiConference North America 2024". Məni bu qədər yerə dəvət ediblərsə, deməli, vikipediyaçı olaraq qəbul edir və tanıyırlar”.

 

N. Vəlizadə son günlər səs-küy yaradan şəhid məqalələrinin silinməsi ilə bağlı öz fikirlərini də bölüşüb.

 

“Şəhid məqalələrinin silinməsini müdafiə edən vikipediyaçılar şəhidlər haqqındakı məqalələri saplantı halına gətiriblər. Azvikidə 200 mindən çox məqalə mövcuddur. Bu məqalələrin təxminən 70 mini botla (proqramla) yaradılıb. Bir sözlə, silinməli olan o qədər məqalə var ikən, şəhid məqalələrinin silinməsinə heç bir zərurət yoxdur. Şəhid məqalələrinin silinməsi onların Google panellərini tamamilə sıradan çıxaracaq. Bu işdə əli olan adamlar "Facebook"da fəal olan kütlənin Vikipediyadan məlumatsız olmağından istifadə edib özünə xal qazanmağa çalışırlar. İkinci bir iddia onan ibarətdir ki, "Wikimedia Fondu" bununla bağlı hansısa inzibatçıya xəbərdarlıq edib. "Wikimedia Fondu"nun əməkdaşlarının belə bir hüququ mövcud deyil. Onlar beynəlxalq tədbirlərdə adi formada iştirak edən adamlardır. Digər tərəfdən, fond heç kimə ayaq üstə xəbərdarlıq etmir. Hamının rəsmi e-mail ünvanı var və lazım olanda ora məktub göndərir. "Wikimedia Fondu" Azərbaycanca Vikipediyanı azərbaycanlılardan ötrü açıb. Bir norveçli üçün Azərbaycanca Vikipediya heç nə ifadə etmir. Bir azərbaycanlı üçün də Norveç Vikipediyası heç nə ifadə etmir. Bu tip lokal Vikipediyalarda hər bir xalqın öz həqiqətlərinin əks olunması tam normaldır. Bunlar sadəcə Roma papasından daha çox katolik olmağa çalışan kimsələrdir”.

 

Asya

 


OXŞAR XƏBƏRLƏR

60 il əvvəl məişət zorakılığından qaçan qadın tapıldı - FOTO

Amerika Birləşmiş Ştatlarında altmış ildən artıqdır itkin düşən 82 yaşlı Odri Beykberq tapılıb. Məlum olub ki, o, ərinin törətdiyi məişət zorakılığından qaçıb. ...

"Saxta canavar" əməliyyatı: Polis Ledi Qaqanın konsertində terror hücumunun qarşısını aldı

Braziliya polisi terror aktına cəhddə şübhəli bilinən şəxsləri həbs edib.   Sfera.az bildirir ki, polis Rio-de-Janeyrodakı Kopakabana çimərliyində &ldq...

Lotereyadan 167 milyon dollar qazadı, 4 gün sonra həbs olundu

ABŞ vətəndaşı Ceyms Fartinq adlı şəxs anasına 2 dollara lotereya bileti alıb. Aprelin 26-da o, 167,3 milyon dollar udduğunu öyrənib. İki gün sonra, aprelin 28-...

Nazarbayevin xanımı xəstəxanaya yerləşdirildi

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevın xanımı Sara Nazarbayeva xəstəxanaya yerləşdirilib.   Sfera.az bu barədə yerli mediaya istinadə...

Bu ölkədə 5,7 bal gücündə zəlzələ oldu

​​​​​Meksikada 5,7 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Xidməti məlumat yayıb.  ...

Azərbaycanda müəllimləri sevindirəcək xəbər

Müəllimlərə sosial dəstəyin gücləndirilməsi istiqamətində yeniliklər olacaq.   Sfera.az xəbər verir ki, artıq bu payızdan etibarən pedaqoji fəal...