Türkiyə polisi 100-dən çox sənədsiz silah ələ keçirdi

Kriminal
15:50 / 14.09.2024
7347
Türkiyə polis əməkdaşları yoxlama həyata keçirdikləri üç maşında 101 sənədsiz tapança, 299 tapança darağı ələ keçiriblər.
Sfera.az xəbər verir ki, hadisə Koceli şəhərində qeydə alınıb.
Hadisə ilə bağlı beş şübhəli saxlanılıb.
Onlar məhkəmənin müvafiq qərarından sonra həbs olunublar.