Prezident və birinci xanım Fatma Səttarovanın dəfninə əklil göndərdi
Siyasət
14:20 / 14.09.2024
8224
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci dünya müharibəsi iştirakçısı Fatma Səttarovanın dəfn mərasiminə əklil göndərib.
Sfera.az-ın məlumatına görə, əklil mərhumənin məzarı üstünə qoyulub.
Qeyd edək ki, F.Səttarova bu gün vəfat edib və II Fəxri xiyabanda torpağa tapşırılıb.