Astronavtika sahəsində TARİXİ HADİSƏ: Turistlər kosmik gəmidən... - VİDEO

Dünya
13:10 / 14.09.2024
7416
Astronavtika sahəsində ilk dəfə olaraq turistlər kosmik gəmidən kənara çıxıblar.
Sfera.az xəbər verir ki, “SpaceX” bu barədə məlumat yayıb.
Turistlərin kosmik gəmini tərk etmələri 700 kilometr yüksəklikdə “Polaris Dawn” missiyası zamanı baş tutub. Milyarder Kared Ayzekman və missiya mütəxəssisi Sara Gillisin təmsil etdiyi ekipaj üzvləri açıq kosmosda bir neçə dəqiqə vaxt keçirib daha sonra geri qayıdıblar.
Qeyd edək ki, kosmik gəmi sentyabrın 10-da havaya qalxıb.
Asya