Türkiyədə törədilən terrorun təşkilatçılarından biri ələ keçirildi

Türkiyədə törədilən terrorun təşkilatçılarından biri ələ keçirildi

Bu ilin yanvar ayında Türkiyədə Santa Maria Kilsəsində törədilən terror aktının təşkilatlarından biri ələ keçirilib.

 

Sfera.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

 

Bildirilib ki, Milli Kəşfiyyat İdarəsinin (MİT) keçirdiyi əməliyyat nəticəsində sözügedən hücumu planlaşdıran və silah təminatını həyata keçirən Viskan Soltamatiov saxlanılıb.

 

Xatırladaq ki, sözügedən silahlı hücum nəticəsində 1 nəfər ölmüşdü.


OXŞAR XƏBƏRLƏR