Azərbaycan çempionatının "xoruz" ilindən olan oyunçuları
2016-cı ilin sonuna sayılı günlər gəlib.
Sfera.az fanat.az-a istinadla bildirir ki, dekabrın 31-i, saat 00.00-da dünya Yeni ili qarşılayacaq.
Şərq təqviminə görə, 2017-ci il "Xoruz ili"di. Bəs Azərbaycan çempionatlarında "Xoruz ili"ndə doğulmuş neçə futbolçu çıxış edir?
İllər 12 ildən bir təkrarlanır. Bu səbəbdən sonuncu "Xoruz ili" 2005-ci ildə olub. Həmin ildə doğulanların indi 11 yaşı olduğundan onların peşəkar səviyyədə futbol oynaması mümkün deyil. 1969-cu ildə dünyaya gələnlərin isə artıq 47 yaşı var və peşəkar futbolda bu yaşda futbolçu axtarmağa dəyməz. Bu səbəbdən 1981 və 1993-cü illərə nəzər salmalı olduq.
Premyer Liqada neçə "Xoruz" var?
Azərbaycan Premyer Liqasında "Xoruz" ilində doğulan 20 futbolçu var. Bunlardan sadəcə ikisi - AZAL-dan Rəşad Abdullayev və "İnter"dən Zurab Xizanişvili 1981-ci ildə, qalan 18-i 1993-cü ildə dünyaya gəlib.
Heyətində "Xoruz ili"ndə doğulmuş ən çox futbolçu olan klub "İnter"di - 5 futbolçu. "Kəpəz"də bu say 4, "Sumqayıt", "Zirə" və AZAL-da 3, "Neftçi"də 2 nəfərdi. "Qarabağ" və "Qəbələ"nin "Xoruz"u yoxdu.
Zurab Xizanişvili (İnter) - 1981
Mirsahib Abbasov (İnter) - 1993
Orxan Sadıqlı (İnter) - 1993
Slavik Alxasov (İnter) - 1993
Ağabala Ramazanov (İnter) - 1993
Kərim Diniyev (Kəpəz) - 1993
Tural Qürbətov (Kəpəz) - 1993
Tural Rzayev (Kəpəz) - 1993
Vüqar Bəybalayev (Kəpəz) - 1993
Amil Yunanov (Sumqayıt) - 1993
Ayaz Mehdiyev (Sumqayıt) - 1993
Vaqif Güləliyev (Sumqayıt) - 1993
Nurlan Novruzov (Zirə) - 1993
Təmkin Xəlilzadə (Zirə) - 1993
Yasin Həmid (Zirə) - 1993
Rəşad Abdullayev (AZAL) - 1981
Eltun Hüseynov (AZAL) - 1993
İlqar Ələkbərov (AZAL) - 1993
Murad Ağayev (Neftçi) - 1993
Rəhman Hacıyev (Neftçi) - 1993
I divizionda 34 "Xoruz"
I divizionda isə "Xoruz"ların sayı daha çoxdu. Belə ki, aşağı liqada top qovanlardan 34-ü "Xoruz ili"ndə dünyaya gəlib. Onların hamısı 1993-cü il təvəllüdlüdü. 3 nəfər isə xarici vətəndaşdı.
Heyətində ən çox "Xoruz" bürclü futbolçu olan klub "Səbail"di - 5. "Şəmkir" və "Şahdağ" 4, "Zaqatala", "Ağsu" və "Energetik"də 3, "Şərurspor", MOİK, "Qaradağ Lökbatan", "Mil-Muğan" və "Turan Tovuz" 2, "Rəvan" və "Göyəzən"də 1 "Xoruz" var. Bu ildə doğulan futbolçusu olmayan yeganə klub "Bakılı"dı.
Tuqay Alhüseynli (Turan Tovuz) - 1993
Elnur Soltanlı (Turan Tovuz) - 1993
Ruslan Tağızadə (Zaqatala) - 1993
Hacı Əhmədov (Zaqatala) - 1993
Osman Qurbanov (Zaqatala) - 1993
Elvin Mirzəyev (Şəmkir) - 1993
Cavid Bağırov (Şəmkir) - 1993
Tural Adıgözəlov (Şəmkir) - 1993
Kazım Kazımlı (Şəmkir) - 1993
Ruslan Cəfərov (Səbail) - 1993
Xəyal Quliyev (Səbail) - 1993
Taleh Babayev (Səbail) - 1993
Fərid Səmədzadə (Səbail) - 1993
Elvin Adışirinli (Səbail) - 1993
Novruz Rəhimov (Ağsu) - 1993
Qüvvət Əmrahov (Ağsu) - 1993
Akif Tağıyev (Ağsu) - 1993
Mübarək Şaquliyev (Qaradağ Lökbatan) - 1993
Aydın Qasımov (Qaradağ Lökbatan) - 1993
Müşfiq Teymurov (MOİK) - 1993
Elvin Həsənəliyev (MOİK) - 1993
Mehdi Rəsulov (Şərurspor) - 1993
Qadir Həsənli (Şərurspor) - 1993
Elxan Əhmədov (Mil-Muğan) - 1993
Elşən Rzazadə (Mil-Muğan) - 1993
Patrik Sani (Şahdağ) - 1993
Ramil Mansurov (Şahdağ) - 1993
Xəyal Qocayev (Şahdağ) - 1993
Viktor Emenayo (Şahdağ) - 1993
İsmət Əjdərli (Energetik) - 1993
Elçin Abdullayev (Energetik) - 1993
Tural Məmmədov (Energetik) - 1993
Amirkiya Mohammadi (Rəvan) - 1993
Musa Musayev (Göyəzən) - 1993
"Xoruz"suz əvəzedicilər
Əvəzedicilərin çempionatında çıxış edən 8 klubun heç birinin heyətində "Xoruz ili"ndə doğulmuş futbolçu yoxdu. Bu birincilik üçün PFL-ə təqdim olunmuş sifariş ərizələrində yer almış futbolçuların ən yaşlısı 1994-cü il təvəllüdlüdür.