İki maşın toqquşdu, sürücünün biri içəridə qaldı - VİDEO

İki maşın toqquşdu, sürücünün biri içəridə qaldı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəki rayonunun Şəki kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

Bu barədə Sfera.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

 

Məlumatla əlaqədar dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin Şəki rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.

 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Toyota” markalı minik avtomobili ilə “Ford” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və “Toyota” markalı minik avtomobilinin sərnişini deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

 

Yanğınsöndürən-xilasedicilər avtomobildə sıxılı vəziyyətdə qalan sərnişini xüsusi vasitələrin köməyi ilə xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

 

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

 


OXŞAR XƏBƏRLƏR