Evin altından tapdığı 200 illik qorxunc kukla həyatına təsir etdi

ABŞ-da Kerri Uolton adlı şəxs evinin altında qorxunc kukla aşkar etdikdən sonra həyatı dəyişib. Onun sözlərinə görə, bu kəşf onun gələcək həyatına təsir edib. Oyuncağın fotosu məşhur Reddit forumunda paylaşılıb.
Sfera.az bildirir ki, Kerri Uolton kuklanın təxminən 200 ildir gizlədildiyini düşünərək onu palçıqdan çıxarıb.
Kerri Uolton hesab edir ki, bu oyuncaqdan səyahətçilər gələcəyi proqnozlaşdırmaq üçün istifadə ediblər. Çoxları onun bədbəxtlik gətirdiyinə inansa da, kişi bunun əksini sübut edib.
İlk dəfə evin zirzəmisində kuklanı tapanda Kerri qorxsa da, bu onun həyatına olduqca gözlənilməz təsir edib.
Kerri Uolton kuklanın təxminən 200 ildir gizlədildiyini düşünərək palçıqdan çıxarıb. O, kuklaya Letta Me Out adını verib və qaraçı əsilli olduğunu kəşf edib. Çox güman ki, səyahətçilər tərəfindən gələcəyi proqnozlaşdırmaq üçün istifadə edilib.
"Əvvəlcə qorxdum. Bir az sakitləşəndə və nə olduğunu başa düşdükdə, bunun yaxşı bir tapıntı olduğunu düşündüm"- deyə Kerri bildirib.
Son günlər kuklanın fotosu qorxulu görünüşü ilə sosial şəbəkələrdə yenidən məşhurlaşsa da, onun Kerriyə yalnız uğurlar gətirdiyi üzə çıxıb.
Çoxları kuklanın bədbəxtlik gətirdiyinə inansa da, Kerri bunun əksini sübut edib.
Kerri kuklanı evinə aparandan sonra onun antik kolleksiyasının dəyəri kəskin şəkildə artıb. Bundan pul qazanı, hətta yeni ev alıb.
“Həmişə çox əziyyət çəkirdik, ümumiyyətlə pulumuz yox idi. Sonra bu kukla peyda oldu və hər şey dəyişməyə başladı"- deyə Kerri əlavə edib.
Aynil
Sfera.az