140 min dollara başa gələn plastik əməliyyat qızın həyatını tamamilə dəyişdi - FOTOLAR

140 min dollara başa gələn plastik əməliyyat qızın həyatını tamamilə dəyişdi - FOTOLAR

Yaponiyalı Hiras Airi xarici görünüşünü tamamilə dəyişmək üçün plastik əməliyyata 20 milyon yendən (140 min dollar) çox pul xərcləyib. Qızın transformasiyaya başlamazdan əvvəl və indiki fotolarına baxanda, bunların iki fərqli insan olduğunu düşünmək olur.


Sfera.az bildirir ki, indi Hiras Airianin müxtəlif sosial şəbəkələrdə iki milyondan çox pərəstişkarı var. O, televiziya şoularında görünür, həmçinin həmçinin döyüş yarışları zamanı ringdə model kimi çalışır, həmişə xəyal etdiyi həyatı yaşayır.
 

Hiras etiraf edir ki, zahiri görünüşünü yaxşılaşdırmasaydı, indiki yerdə olmazdı.
 

Bundan əlavə, Hiras plastik dəyişimin tərəfdarıdır. O, plastik cərrahiyyənin bir insanın həyatını tamamilə yaxşılığa doğru dəyişdirə biləcəyinin canlı sübutu olduğunu iddia edir.
 

Uşaq ikən həmyaşıdları tərəfindən görünüşünə görə daim psixi zorakılığa məruz qalıb. Hətta yeniyetmə ikən o, zorakılıqla mübarizə aparıb və imkanı çatan kimi dəyişməyə qərar verib.
 

Orta məktəbi bitirdikdən sonra Hiras sabit, yaxşı maaşlı işə müraciət edə bilmədiyindən mühafizəçi və yükləyici kimi işləyib. Plastik cərrahiyyə üçün kifayət qədər pul yığmaq üçün qənaətcil həyat tərzi keçirib.


O, 10 milyon yen qənaət edən kimi ilk dəfə bıçağın altına girmək qərarına gəlib. Onun bloqqerlik karyerasının əvvəlində dəqiq nəyi dəyişdiyini söyləmək isə çox çətindir. Çünki köhnə fotoları yenilərindən köklü şəkildə fərqlənir.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR