Vəzifəli şəxs vəfat etdi -FOTO

Cəmiyyət
20:11 / 13.09.2024
4652
Azərbaycan Texniki Universitetinin (AzTU) Enerji Tədqiqatları İnstitutunun direktoru Qara Həsənov vəfat edib
Sfera.az xəbər verir ki, bu barədə AzTU məlumat yayıb.
Qeyd edək ki, Qara Həsənov Azərbaycan Politexnik İnstitutunu (indiki AzTU) bitirib. O, 1970-2024-cü illərdə AzTU-da baş laborant, baş müəllim, dosent, dekan müavini və kafedra müdiri vəzifələrində çalışıb. 2022-ci ildən AzTU-nun Enerji Tədqiqatları İnstitutunun direktoru olub. 2011-ci ildə "Əməkdar mühəndis" fəxri adına layiq görülüb.
AzTU-nun rəhbərliyi və kollektivi Qara Həsənovun vəfatından kədərlənir, ailəsinə və yaxınlarına başsağlığı verir.