5 milyon abunəçisi olan “Ən məşhur nənə" öldü - FOTO

İnternetdə Abuelita Martha (“Marta nənə”) kimi tanınan Martha Hilda Ecle Cardenas vəfat edib. Covid-19 pandemiyası zamanı şöhrət qazanan bloqqerin “TikTok”da beş milyondan çox, “İnstagram”da 203 min, “YouTube”da isə 181 min izləyicisi var.
Sfera.az bildirir ki, “Marta nənə” canlı videolar paylaşmaq, vətəni Meksikada səyahət haqqında gülməli hekayələr danışmaqla məşhurlaşıb. Maks adlı nəvəsi olsa da, bloqqer bütün abunəçilərini nəvə adlandırıb. Sosial media fenomeni nənənin ölümü haqqında paylaşım edən də məhz nəvəsi Maks olub.
Maks bu ilin əvvəlində aldığı “YouTube” mükafatını tutan “Marta nənə”nin fotosunu paylaşıb.
Martha Hilda Ecle Cardenas sentyabrın 9-da vəfat edib
Martanın qohumları onun öldüyü zaman neçə yaşında olduğunu, ölüm səbəbini açıqlamayıblar.
Bloqqer nənə sonuncu dəfə iyulun 28-də oyuncaq avokado ilə poza verdiyi protein reklamını paylaşıb.
Aynil
Sfera.az