Robotlar 3 ilə 7 milyon insanı işsiz qoyacaq

Robotlar 3 ilə 7 milyon insanı işsiz qoyacaq

Bir neçə ildən sonra robotlar insanları fiziki işlə yanaşı intellektual sahədə də əvəzləyə biləcək. 

Sfera.az baku.ws-ə istinadən xəbər verir ki, bəzi eksperlərin fikrinə görə, bir müddətdən sonra insanlar robotlarla rahat danışa biləcək. Perem universitetinin informasiya texnologiyası kafedrasının dosenti Dinara Qaqarinin sözlərinə görə, indiki zamanda robotlar insanları fiziki və kiçik intellektual sahədə əvəzləyə bilir, lakin bir neçə ildən sonra robotlar insanları ağır intellektual işlərdə də əvəzləyəcək.
 
Bu isə əmək bazardında robotların insan əməyinin sıxışdırıb çıxarılması ilə nəticələnəcək. "TheFutureofJobs"-un analitik hesabatında qeyd olunub ki, Davos İqtisadi forumunda əldə olunan razılaşmaya görə, 2020-ci ildə əksəriyyəti ofis işiçisi olmaq şərti ilə 7 milyon insan ixtisar olunacaq.


OXŞAR XƏBƏRLƏR