"Kulebanın istefasının arxasında o dayanır - "Politico"dan İDDİA
Dünya
16:50 / 13.09.2024
7824
“Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kulebanın istefasının arxasında Zelenski ofisinin əsas fiqurlarından biri olan Andriy Yermak dayanır”.
Sfera.az bildirir ki, bu barədə “Politico” iddia irəli sürüb.
Nəşr qeyd edib ki, Kuleba Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermakın narazılığına görə tutduğu vəzifədən qovulub.
“Politico”ya danışan adı açıqlanmayan bir Ukrayna rəsmisi, "Kuleba Yermakı narahat edirdi” deyib.
Qeyd edək ki, Ukrayna parlamentinin iclasında Kulebanın istefası müzakirə edilib və onun iştirak etmədiyi iclasda 240 deputat bunun lehinə səs verib. Parlament 2016-2021-ci illərdə Ukraynanın Ankaradakı səfiri vəzifəsində çalışmış Andriy Sbiqanın xariciiİşlər naziri təyin edilməsinə razılıq verib.
Günay