Azərbaycan Qran-prisi: "Formula 1"də birinci sərbəst yürüş BAŞLADI

İdman
14:00 / 13.09.2024
22539
Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib.
Sfera.az xəbər verir ki, birinci sərbəst yürüş saat 13:30-da başlayıb.
Bu gün "Formula 1"də ikinci test yürüşü, "Formula 2"də isə sıralama turu gerçəkləşəcək.
"Formula 2"də sərbəst yürüşdə ən yaxşı nəticəni "Van Amersfoort Racing"dən Entso Fittipaldi göstərib.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.