Çində pensiya yaşı ARTIRILIR - Son 46 ildə ilk dəfə

Çində pensiya yaşı ARTIRILIR - Son 46 ildə ilk dəfə

Çin 1978-ci ildən bəri ilk dəfə pensiya yaşını qaldırıb.

 

Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı Çinin Sinxua agentliyi yayıb. Məlumata görə, Çində yaxın 15 ildə kişilər üçün pensiya yaşı 60-dan 63-ə, qadınların pensiya yaşı isə 58-ə qaldırılacaq.

 

Dəyişikliyin 2025-ci il yanvarın 1-dən qüvvəyə minməsi planlaşdırılır. Bu addım işçi qüvvəsinin azalmasını yavaşlatmaq və iqtisadiyyatı dəstəkləmək üçün atılır.

 

Bu həftənin əvvəlində yuxarı palatada planın müzakirəsi sosial mediada qəzəb doğurdu və bir çoxları durğun iş bazarından şikayətləndilər. Çinin pensiya yaşı, gözlənilən ömür uzunluğunun əhəmiyyətli dərəcədə artmasına baxmayaraq, dünyada ən aşağı yaşlardan biridir.

 

Vasif

 


OXŞAR XƏBƏRLƏR