Azərbaycan nümayəndə heyəti Həştərxan vilayətində səfərdə olub - FOTO

Azərbaycan nümayəndə heyəti Həştərxan vilayətində səfərdə olub - FOTO

12 sentyabr 2024-cü il tarixdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Rusiya Federasiyası Həştərxan vilayəti qubernatorunun vəzifə səlahiyyətlərinə başlaması münasibətilə bağlı keçirilmiş təntənəli mərasimdə iştirak etmişlər.

 

Sfera.az xəbər verir ki,  ilk öncə Rusiya Federasiyası Həştərxan vilayətinin vitse-qubernatoru-Hökümət sədri Denis Afanasyev, Azərbaycan nümayəndə heyətinin tərkibində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, YAP Abşeron rayon Təşkilatının sədri Abbas Əliyev, “Azərbaycan İş Mərkəzi”nin koordinatoru Nəsimi Məmmədov və yerli diasporanın üzvləri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Həştərxan şəhərində ucaldılmış abidəsini ziyarət etmiş, güllər düzərək əziz xatirəsini dərin ehtiramla yad etmişlər.

 

Daha sonra nümayəndə heyəti Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin Həştərxan Opera və Balet Teatrında baş tutan andiçmə mərasimində iştirak etmişdir. Mərasimdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək Azərbaycan Respublikası adından təbriklərini çatdırmış və növbəti 5 il ərzində Azərbaycan-Həştərxan arasında müxtəlif sahələr üzrə mövcud strateji əlaqələrin daha da inkişaf edəcəyinə əmin olduğunu bildirmişdir.

 

OXŞAR XƏBƏRLƏR

İsti hava ilə bağlı şəkər xəstələrinə XƏBƏRDARLIQ! - Bu qaydalara əməl edin

İsti hava şəkərli diabet xəstələrinin sağlamlığı üçün ciddi risklər yaranır.   Sfera.az-ın məlumatına görə, rusiyalı endokrinoloq Anas Əlfərrac TASS-...

Qaxda 8 yaşlı uşağıMAŞIN VURDU

Qaxda 8 yaşlı qızı maşın vurub. Sfera.az xəbər verir ki, Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Qaxın Tasmalı kəndində baş verib...

Elmi tədqiqatlarda da süni intellektdən istifadə ediləcək

Yeni araşdırmalara görə, süni intellekt artıq yalnız texniki vasitə deyil, elmi tədqiqatların bütün mərhələlərində fəal iştirak edən tərəfdaş rolunu oynamağa ba...

Pezeşkiandan Azərbaycanla bağlı çağırış

İran Prezidenti Məsud Pezeşkian bildirib ki, onun administrasiyasının xarici siyasət prioriteti qonşu ölkələrlə əlaqələri gücləndirməkdir.   Sfera.az...

Müəllim olmaq istəyən şəhid ailə üzvlərinin nəzərinə!

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinin vakansiya seçimi mərhələsinə başlanılıb.   Sfera.az xəbər verir...

Lama qanından alınan zülal bu xəstəliyin dərmanı olacaq

Fransız alimlərinin apardığı yeni araşdırma lama qanından əldə edilən nanobadi adlı zülalın şizofreniyanın müalicəsində potensial vasitə ola biləcəyini ortaya q...