Rusiyanın kruiz gəmisi Bakı limanlarından səfərlər təşkil etməyi PLANLAŞDIRIR

Rusiyanın kruiz gəmisi Bakı limanlarından səfərlər təşkil etməyi PLANLAŞDIRIR

Rusiyanın kruiz sənayesinin lideri və tur operatoru “Vodoxod” MMC-nin sifarişi ilə 2025-2026-cı illərdə istismara veriləcək 00840 nömrəli “Kareliya” layihəli yeni nəsil 3 kruiz gəmisinin gələcəkdə Mahaçqala, Aktau, Türkmənbaşı, Bakı, Ənzəli limanlarına yan alaraq kruiz səfərlərə cəlb edilməsi planlaşdırılır.

 

Sfera.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadla məlumat verir ki, bu barədə Dövlət Dəniz və Liman Agentliyində “Vodoxod” MMC-nin nümayəndə heyəti ilə görüşdə deyilib.

 

Həmçinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanının nümayəndələrinin iştirak etdiyi görüş çərçivəsində gəmilərin Azərbaycana məxsus limanlara giriş-çıxış məsələlərinin sadələşdirilməsi də müzakirə olunub.

 

Görüş zamanı qarşılıqlı münasibətlərin inkişaf etdirilməsində iki ölkə arasında yüksək səviyyəli səfərlərin, keçirilən görüş və tədbirlərin rolu qeyd edilib. Bildirilib ki, ölkələr arasında əməkdaşlığın güclənməsi ticari-iqtisadi əlaqələrlə yanaşı, dəniz nəqliyyatı sahəsində də ortaq tərəfdaşlığın genişlənməsinə öz müsbət təsirini göstərir.


OXŞAR XƏBƏRLƏR

Elmi tədqiqatlarda da süni intellektdən istifadə ediləcək

Yeni araşdırmalara görə, süni intellekt artıq yalnız texniki vasitə deyil, elmi tədqiqatların bütün mərhələlərində fəal iştirak edən tərəfdaş rolunu oynamağa ba...

Lama qanından alınan zülal bu xəstəliyin dərmanı olacaq

Fransız alimlərinin apardığı yeni araşdırma lama qanından əldə edilən nanobadi adlı zülalın şizofreniyanın müalicəsində potensial vasitə ola biləcəyini ortaya q...

“Turan Tovuz”un yeni transferi

“Turan Tovuz” yeni transfer həyata keçirib.   Sfera.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilir.   Məlum...

Bayat çörəyi torpağa basdırın - SƏBƏBİ

Çörək evlərdə ən çox israf edilən qidalardandır. Xüsusilə bayat çörək tez-tez atılır. Onu atmaq əvəzinə torpağa basdırmaqla gözəl təbii gübrəyə çevirə bilərsini...

Ürək xəstələrinin diqqətinə: Sabah təhlükəli ola bilər

Həftə sonu günəş aktivliyinin artması gözlənilir.   Sfera.az xəbər verir ki, ABŞ Milli Okean və Atmosfer Administrasiyasının Kosmik Hava Proqnoz...

Telekanallarda daha çox hansı məzmunda verilişlər yayımlanır? – AÇIQLAMA

Azərbaycanda televiziya kanallarında efirə verilən proqramların janr bölgüsü açıqlanıb.   Sfera.az xəbər verir ki, Audioviziual Şuradan Trend-in sorğ...