Azərbaycan bu ölkəyə investisiyaları dəfələrlə artırdı - STATİSTİKA

Azərbaycan bu ölkəyə investisiyaları dəfələrlə artırdı - STATİSTİKA

Bu il Azərbaycandan xaricə birbaşa investisiyaların həcmində ciddi artım qeydə alınıb.

 

Sfera.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2024-cü ilin birinci yarısında birbaşa investisiyaların həcmi 998,2 milyon dollara çatıb. Bu məbləğ ötən ilin birinci yarısı ilə müqayisədə 378 milyon dollar, yəni 61 faiz çoxdur. Birbaşa investisiyaların həcminin artmasının əsas səbəbi Birləşmiş Ərəb Əmirliyinə (BƏƏ) qoyulan investisiyalardakı kəskin artımla bağlıdır.

 

Ötən ilin birinci yarısında BƏƏ-yə 62,56 milyon dollar birbaşa investisiya qoyulmuşdusa, bu ilin birinci yarısında investisiyaların həcmi 6 dəfədən çox artaraq 397 milyon dollara çatıb. Azərbaycanın xaricə qoyduğu birbaşa investisiyaların 40 faizi BƏƏ-yə yönəldilib. Türkiyəyə də qoyulan birbaşa investisiyalarda nəzərəçarpacaq artım var. İlk altı ayda Türkiyəyə 108,2 milyon dollar sərmayə qoyulub ki, bu da ötənilki göstəricidən (43,6 milyon dollar) çoxdur.

 

Birbaşa investisiyalarda ciddi artımın müşahidə edildiyi digər ölkə Özbəkistandır. Özbəkistana qoyulan birbaşa investisiyaların həcmi 6,35 dəfə artaraq 67,4 milyon dollara çatıb.

 

Beləliklə, Azərbaycanın xaricə yönəltdiyi birbaşa investisiyaların 57,4 faizi adıçəkilən 3 ölkəyə qoyulub.

 

Vasif

 


OXŞAR XƏBƏRLƏR